• $
  • €
  • ₽
  • ₺
  • £

Bulvarda yeniliklər olacaq

Bulvarda yeniliklər olacaq
29.05.2020 06:07
Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqlar davam edir. Bu möhtəşəm idman tədbiri ilə əlaqədar Dənizkənarı Milli Parkda da bir sıra yeniliklər gözlənilir.
 
Gün ərzində minlərlə şəhər sakini paytaxtın ən məşhur istirahət mərkəzlərindən olan Dənizkənarı Milli Parkda asudə vaxtını keçirir. Bu amil nəzərə alınaraq ölkəmizin ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarına Dənizkənarı Bulvar İdarəsi də ciddi hazırlaşır.
 
ANN.Az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bulvarın ərazisində bir çox yeniliklər olacaq. İlk növbədə, bulvarın bütün ərazisində "Wi-Fi” sistemi quraşdırılacaq. Bundan başqa, bulvarda gəmi gəzintisi də genişləndiriləcək. İlk Avropa Oyunları zamanı turist axını nəzərə alınaraq ərazidə 3 istiqamətdə gəmi ilə səyahət etmək mümkün olacaq. Bulvarda fəaliyyət göstərən kafe, restoran və ticarət obyektlərində POS-terminalların sayı artırılır. İşlər Avropa Oyunları başlayana kimi başa çatdırılacaq. Bulvara həm də yeni gəzinti qatarları gətirilib. Qatarların hərəkəti Dövlət Bayraq Meydanı və "Baku Crystal Hall"un ətrafını əhatə edir.
 
Bulvarda təhlükəsizlik tədbirləri də görülür. Bütün əraziyə müşahidə kameraları ilə nəzarət olunur. Yeni bulvar ərazisinə də kameralar quraşdırılır. Bundan başqa, milli parkın mühafizəçilərinə xüsusi təlimlər keçirilir, idarənin əməkdaşları üçün xüsusi dil kursları təşkil olunur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol