• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvalı rəssam Musiqili Teatrda - Fotolar

Moskvalı rəssam Musiqili Teatrda - Fotolar
06.05.2015 09:46

Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin hazırda məşqləri gedən "Qafqazlı qardaşqızı” operettasının səhnə tərtibatının eskizlərinin müzakirəsi ilə bağlı dinləmələr keçirilib.

ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev yeni tamaşanın süjet xətti, ideyası, günümüzlə səsləşən məqamları haqqında məlumat verib. Sonra tamaşanın quruluşçu-rəssamı, Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji hazırladığı eskizlərlə bağlı çıxış edib. Dmitri Çerbadjinin çıxışından sonra teatrın rus bölməsində hazırlanacaq tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, direktor müavinləri - Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov, Hüseyn Hüseynov, geyim üzrə rəssam Yelena Almazova və texniki Şuranın digər üzvləri çıxış ediblər. Müzakirələrdən sonra Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji tərəfindən işlənən baxımlı və maraqlı tərtibat müəyyən təkliflərlə qəbul olunub.

Qeyd edək ki, tamaşanın quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-baletmeystrləri Leyla və Zakir Ağayevlərdir. Teatrın rus bölməsində hazırlanan tamaşada rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko, Amil Məmmədov, Yuliya Heydərova, Nicat Həbibov, Rauf Babayev, Svetlana Bulax, Emil Heydərov, Nadejda Povelisina, Əliməmməd Novruzov ifa edirlər.









www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol