Teatr xadimlərimiz mükafatlandırılıblar...

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında ölkə prezidentinin Sərəncamına uyğun olaraq teatr xadimləri mükafatlandırılıblar. Mükafatlandırılan incəsənət xadimləri arasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti də var.
ANN.Az xəbər verir ki, Xalq Artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar İncəsənət Xadimi, teatrın baş rejissoru Bəhram Osmanov, Əməkdar Artistlər Kəmalə Hüseynova, Naibə Allahverdiyeva, Nübar Novruzova, Gülər Nəbiyeva, Rahib Əliyev, Şövqi Hüseynov, Qurban İsmayılov səhnə fəaliyyəti ilə seçilən aparıcı incəsənət xadimləri kimi prezidentin mükafatına layiq görülüblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























