• $
  • €
  • ₽
  • ₺
  • £

Əliqismət Lalayev: “Musiqili Teatr I Avropa Oyunlarına hazırdır”

Əliqismət Lalayev: “Musiqili Teatr I Avropa Oyunlarına hazırdır”
07.05.2015 20:24


Azərbaycan Dövlət Musiqili Teatrı iyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb.

 

ANN.Az xəbər verir ki, Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Musiqili Teatrın Bakı-2015 Avropa Oyunları ilə əlaqədar iyun ayında xüsusi repertuar əsasında fəaliyyət göstərəcəyini söyləyib. "İyun ayında teatrımızda 15 tamaşanın 24 dəfə nümayiş olunması nəzərdə tutulur. Bu səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. Bildiyiniz kimi gələn ay ölkəmizə dünyanın müxtəlif ölkələrindən qonaqların – turistlərin, azarkeşlərin gəlməsi gözlənilir. Bunu nəzərə alaraq repertuarımızda olan bir sıra əsərləri ingilis dilinə tərcümə etmişik. Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun”, "Ər və arvad”, O. Kazimi və R. Heydərin "Qızıl toy”, J.B. Molyerin "Skapenin kələkləri”, Ə. Haqverdiyevin "Kimdir müqəssir?”, R. Hacıyev, E. Ocaqov, F. Zöhrabovun "Talelər qovuşanda” və başqa əsərlər ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlarımız üçün nümayiş olunacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xüsusi sifarişi ilə yaradılan bu imkanlar bundan sonra tamaşalarımızın xarici dillərdə nümayişinə də imkan yaradacaq. Biz yaxın günlərdə artıq bu təcrübədən istifadə etmişik və əldə olunan nəticə gözlədiyimizdən də yüksək səviyyədə olub.

 

Bu günlərdə Bakıda keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının iştirakçıları - təqribən 70-ə yaxın dövləti təmsil edən 400-ə yaxın mötəbər qonaq bu üsulla teatrımızda dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” tamaşasını izlədi. Tamaşadan sonra qonaqlar çox böyük zövq aldıqlarını və razı qaldıqlarını bildirdilər. Yeri gəlmişkən bildirim ki, eyni zamanda bir sıra tamaşalarımız da rus dilində nümayiş olunacaq. Bütün bunları nəzərə alaraq tam məsuliyyətlə qeyd edə bilərəm ki, Azərbaycan Dövlət Musiqili Teatrı I Avropa Oyunlarına hazırdır” - deyə Əliqismət Lalayev bildirib.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol