• $
  • €
  • ₽
  • ₺
  • £

Kral ailəsinə məxsus dəyəri ölçüyə gəlməz axurlar – REPORTAJ

Kral ailəsinə məxsus dəyəri ölçüyə gəlməz axurlar – REPORTAJ
08.05.2015 12:00
Rüstəm Qasımov 

Əgər siz Londonda tarixi yerləri gəzib doymusunuzsa və bu şəhərin səs-küyündən uzaqlaşmaq istəyirsinizsə, o zaman Kral ailəsinə məxsus axurların saxlanıldığı muzeyə baş çəkə bilərsiniz. Bu Londonun ən maraqlı turist ocaqlarından biridir. Muzey kraliça II Yelizavetanın rəsmi rezidensiyası olan Bukingem sarayında yerləşir. Bura çox sakit və səssiz yerdir. Siz burada yalnız krallığa məxsus olan karetaları görməklə qalmayıb, britaniyalı at sürənlərlə də söhbət edə bilərsiniz. 

Bu muzeyi tapmaq çətin deyil. Əgər siz Bukingem sarayı ilə üzbəüz dayanmısınızsa,  sola dönməli və sarayın yanından keçməlisiniz. Bundan sonra sizin qarşınıza lövhə çıxacaq. 


Bu lövhədə muzeyin iş saatları barədə məlumat verilib. 


Krallıq muzeyinə adam elə də çox gəlmir. Ora gedərkən kassaların qabağında  15 nəfərdən də az adam var idi. Əvvəldən vauçeri aldığım üçün mən onu biletə dəyişdim. Qeyd edim ki, bura girişi elə krallıq ailəsinin atçılları yoxlayır. Məsələn, siz özünüzlə kəsici alət gətirə bilməzsiniz. Bundan əlavə sizin üzərinizdə metal olub-olmadığı və telefonları hava limanındakı kimi yoxlayırlar. 

Bundan sonra sizin səfər başlayır. İstənilən ingilis muzeyində siz ucuz qiymətə gid tapa və onun vasitəsi ilə həmin tarixi yer haqqında dəyərli məlumat öyrənə bilərsiniz. Əgər siz gid istəmirsinizsə, o zaman audiogid – necə ki mən etdim – götürə və müxtəlif dillərdə məlumat ala bilərsiniz. Çox yaralı və rahat alətdir, ona görə də başqalarına da məsləhət görürəm. Bir az irəli getdikdən sonra mən heç kimə fikir verməyən atlarla rastlaşdım. 

 
 

Bundan sonra mən dördkünc formalı həyətə daxil oldum. Axurlar həyətin qırağında yerləşir. Həyətin mərkəzində isə maşın üçün dayanacaq var. 

 
 
 

Muzeyin ərazisində oturacaqlar var. 


Krallıq kolleksiyasını bax bu qapılar qoruyur. 


Birinci kareta "landau” (dörd nəfərlik) idi. Kraliçanın ekipajı çox dəbdəbəli görünür. Təəssüf ki, tam yaxınlaşmağa icazə verilmir, yalnız uzaqdan müşahidə etmək olur. 


Hər bir karetanın yanında sərgilənən lövhədə onun haqqında məlumat yerləşir. 
 
 

Hazırda krallığın axurunda bir neçə "landau” karetası var.  Bu nəqliyyat növü XVIII əsrdə çox məşhur idi. Britaniyada hava çox dəyişkən olduğundan, yəni yağış tez-tez yağdığından bu kareta növünün üstü açılıb-bağlanan formada hazırlanıb. Böyük kraliça Viktoriya bu karetaları çox sevirmiş. 

Növbəti kareta İrlandiyanın dövlət ekipajı üçün olub. Bu karetanın ilk nümayişi 1853-cü ildə İrlandiyanın paytaxtı Dublin şəhərində edilib. Bu gözəlliyi nümayiş etdirməklə kraliça Viktoriya və şahzadə Albertin diqqətini çəkmək istəyiblər. Kareta kraliçanın çox xoşuna gəlib və öz ərinin ölümündən sonra uzun müddət ondan istifadə edib. 


Kareta haqqında dolğun məlumatı bu lövhədə oxumaq olar. 
 
 

Şotlandiya dövlətinin karetası növbəti pavilyonda sərgilənir. Şüşə materialdan olan dam örtüyü imkan verir ki, karetanın içini daha dəqiqliklə görək. 

 
 
 

Qeyd edək ki, ənənəvi ingilis nəqliyyat növü çox yaxşı qorunur. Təcrübəli at baxıcıları onların durumuna ciddi nəzarət edir. Hər onillik ərzində bu karetalar ciddi restavrasiya prosesindən keçirlər. Çox qədim olmalarına baxmayaraq, bu karetalar çox təzə görünür. Ənənəvi olaraq, əgər İngiltərədə monarxiyanın evlilik tədbirləri olursa, bu karetadan ikisi hazır duruma gətirilir. 


Karetadan başqa, burada krallıq ailəsinin istifadə etdiyi maşınlar da sərgilənir. Kraliça Viktoriya maşınları sevmirdi, ona görə də yalnız onun oğlu VII Eduard kral olduqdan sonra krallıq ailəsində maşınlar peyda olmağa başladı. 1901-ci ildə o, "Daimler” adlanan maşın aldı. Krallığın at baxıcıları bu maşını sevmirdi və onu "həddən artıq səs-küylü və iyrənc qoxulu əşya” hesab edirdilər.  Artqı 1920-ci ildə V Georg iki axuru maşın dayanacağı etdi. 


Krallıq ailəsinin maşınını idarə edən sürücünün forması:


Növbəti pavilyonda mənim gözlərim qarşısında qızıldan hazırlanmış krallıq karetası durur və o qədər gözəldir ki, gözlərimi ondan çəkə bilmirəm.  Bu ekipaj krallığın qürur mənbəyidir. 1762-ci ildə hazırlanan bu karetanın çəkisi 4 tondur və krallığın ən ağır karetasıdır. 

Hər bir atın üzərində xüsusi forma geyinmiş sürücü oturub. 

 



 
 
 

Bir az da, Qızıl karetanın tarixi barədə yazaq. Damda olan üç "kerevun” ( Xristian mifologiyasında ən yüksək mələyi simvolizə edir) İngiltərə, Şotlandiya və İrlandiyanın birliyinin rəmzidir. Karetanın qıraqlarında yerləşən tritonlar Boyük Britaniyanın hərbi-dəniz gücün simvolizə edir. Bu karetanın zənginliyinə baxmayaraq, bir çox monarxların ondan xoşu gəlməyib. IV Ulyamın fikrincə, bu karetada gəzmək açıq okeanda gəmi səyahətinə bənzəyirdi, belə ki, o həddindən artıq çox yırğalanırmış. Bundan başqa bu karetanı idarə etmək də çox çətinmiş. Belə ki,  bu karetanı sarayın qarşısında saxlamaq üçün sürücü 30 metrdən əyləci basmalı imiş (kohuku.ru).



Bu böyük zalda həmin kareta ilə bağlı hazırlanmış video-rolik var. Qeyd edim ki, bu tipli monotorlar Britaniyanın bütün tarixi yerlərində yerləşdirilib. 


Növbəti pavilyon iki hissəyə bölünür. 


Pavilyon öz nəhəngliyi ilə diqqət çəkir. Ərazisi o qədər böyükdür ki, müxtəlif ekipajların yerləşməsi mümkündür. 


 Bu şəkillərdə siz krallıq ailəsinə məxsus ekipaşların kolleksiyasını izləyə bilərsiniz. 

 






 

Yuxarıda qeyd etdiyim kimi, krallq ailəsinin axurunda maşınlar üçün də qarajlar var. Kral VII Eduard ilk maşınını 1901-ci ildə almasına baxmayaraq, kral ailəsinin maşın kolleksiyası çox deyil. Amma hazırda kral ailəsinə məxsus 5 lüks klass "Rolls-Royce Phantom” maşını var. Karetalardan fərqli olaraq, onların görünüşü sadədir. Amma onların dizaynı öz sərtliyi ilə seçilir. Bu maşınlar ailənin müxtəlif ehtiyacları üçün istifadə edilir. Hər bir maşının 1-dən 5-ə kimi öz nömrəsi var. Eyni  nömrəli "Rolls-Royce Phantom” kral ailəsi tərəfindən xüsusi vacib tədbirlər üçün istifadə edilir. 


Növbəti otaqda atlar üçün lazım olan ləvazimatlar sərgilənir. 

 
 
 

Atlar üçün ləvazimatlardan başqa atların "ayaqqabıları” da var. 


Sonda krallığa məxsus karetaların şəkilləri. 
Səfər davam edir...







www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol