• $
  • €
  • ₽
  • ₺
  • £

Metroda son hazırlıqlar - Video

Metroda son hazırlıqlar - Video
08.05.2015 13:30
"Bakı Metropoliteni” QSC-nin aldığı yeni qatarlar Avropa Oyunları ərəfəsində xəttə buraxılacaq.

ANS TV-nin məlumatına görə, qurum Fransanın "Alstom” şirkətindən 3 qatar alıb. Hər biri 5 vaqondan ibarət olan qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Bu qatarlarda əsas fərqli cəhətlərdən biri də vaqonlar arasında birbaşa keçidin olmasıdır. Vaqonların sərnişin tutumu 330 nəfərdir.

Avropa Oyunları ərəfəsində metropoliten əməkdaşları gücləndirilmiş iş reimində çalışacaq. 12 və 18 iyun tarixlərində Avropa Oyunlarına bileti olan hər kəs metrodan pulsuz istifadə edəcək. Akreditasiyası olan şəxslər isə bu imkandan hər gün ərzində yararlanacaqlar. Oyunlar ərəfəsində metropolitenini iş qrafiki də dəyişdiriləcək.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyir ki, oyunlar ərəfəsində gələcək qonaqları nəzərə alaraq gücləndirmiş iş rejimində işləyəcəklər. Qatarlar səhər saat 06:00-dan gecə saat 01:00-a kimi işləyəcəklər. Oyunların açılış və bağlanış günləri isə bu müddət bir qədər də artırıla bilər.

Bakının bəzi metrostansiyalarında yeni terminal və turniketlər quraşdırılıb. Metrostansiyalarda yeni terminal və turniketlər də quraşdırılıb. Avadanlıqar tam quraşdırıldıqan sonra ictimai nəqliyyatda vahid nağdsız ödəniş kartları tətbiq ediləcək. Qiyməti 2 manat olacaq həmin kartlardan metro ilə yanaşı avtobuslarda istifadə etmək mümkün olacaq.

Avropa Oyunlarına hazırlıq çərçivəsində hazırda bütün stansiyalarda istiqamətverici elektron lövhələr də quraşdırılır. Həmin monitorlarda məlumatlar Azərbaycan və ingilis dilində olacaq. Bundan başqa metropolitenin əməkdaşlarının xarici qonaqlarla ünsiyyətini nəzərə alaraq dil kurslarına cəlb ediliblər. Həmçinin oyunlar ərəfəsində metroda könüllülər də fəaliyyət göstərəcək. Onlar oyunların keçiriləcəyi arenalara yaxın stansiyalarda xarici qonaqlara doğru məlumat verəcəklər.

Polis Metro yaxınlığında tənzimləmə aparacaq. Əgər metroda sıxlıq yaranarsa ərazidə xidmət göstərəcək polislər tənzimləmə aparacaq. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov bildirib ki, ictimai nəqliyyatda, əsasən də metroda sıxlığın qarşısını almaq üçün polis əməkdaşları növbə çəkəcəklər. Bakı Olimpiya Stadionundan "Koroğu” metrostansiyasına sərnişin axını çox olarsa onlar müəyyən yerlərdə saxlanılacaq. Metroya qədər insanların kütləvi şəkildə getməsinə imkan verilməyəcək.
 
 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol