• $
  • €
  • ₽
  • ₺
  • £

Elman Rüstəmov Azərbaycanın bank sektorundakı vəziyyəti açıqladı

Elman Rüstəmov Azərbaycanın bank sektorundakı vəziyyəti açıqladı
08.05.2015 17:51
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanın bank sektorunda AYİB-in aktiv iştirakı və əməkdaşlığı, həmçinin bank sisteminin davamlı inkişafına dair məsələlər müzakirə edilib.

Mərkəzi Bankla AYİB arasında əlaqələri yüksək qiymətləndirən E.Rüstəmov AYİB-in Azərbaycan bank sistemi ilə əməkdaşlığı çərçivəsində bir sıra layihələrin uğurla həyata keçirildiyini bildirib. O, nümayəndə heyətinə Azərbaycanın makroiqtisadi göstəriciləri, iqtisadi artım, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun artırılmasına dair ətraflı məlumat verib: "Azərbaycan bank sektorunda vəziyyət sabitdir, sektor kifayət qədər kapitallaşıb və kapital adekvatlığı yüksəkdir".

E.Rüstəmov Azərbaycanın AYİB ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, AYİB ilə əməkdaşlığın artıq yeni strateji istiqamətləri ortaya çıxır və bütün bu istiqamətlər qeyri-neft sektorunda investisiya fəallığının daha da artırılması və şaxələnmənin sürətlənməsinə yönəlib: "AYİB ilə Ölkə üzrə Strategiyasında qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilməli, bu sahədə maliyyələşmə və sərmayələrin həcmi artırılmalıdır".

Görüşdə S.Çakrabarti təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlıqdan məmnun olduğunu bildirərək bu əlaqələrin bu gün də çox uğurla davam etdiyini qeyd edib. O, ölkədə hazırkı sosial-iqtisadi inkişaf strategiyasının realizasiyasında hökumətlə AYİB arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb. AYİB-in Ölkə üzrə Strategiyası çərçivəsində ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı bank sektoruna dəstəyin gücləndirilməsi, Azərbaycanda bu günə qədər həyata keçirdiyi layihələr, maliyyə institutları ilə sıx əməkdaşlıq və gələcəkdə yeni layihələrin həyata keçirilməsində əməkdaşlıq imkanları barədə məlumat verilib.

Görüşdə, həmçinin Mərkəzi Bank ilə AYİB arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektvləri və prioritet sahələr üzrə texniki yardım istiqamətləri kimi məsələlər də müzakirə olunub.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol