• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan Sumqayıta ikimərtəbəli qatarla cəmi 40 dəqiqəyə - Fotolar

Bakıdan Sumqayıta ikimərtəbəli qatarla cəmi 40 dəqiqəyə - Fotolar
12.05.2015 13:39
"Azərbaycan dəmir yolu nəqliyyatının inkişafı” Dövlət proqramı çərçivəsində "Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin Stadler şirkətindən Bakı-Sumqayıt dəmir yolu xətti üzrə sərnişindaşımanı həyata keçirəcək beş ədəd ikimərtəbəli elektrik qatarı alıb və onlar yaxın günlərdə Bakıya gətiriləcək.

Oxu.Az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, yeni qatarlarda sərnişinlər üçün bütün şərait yaradılıb.

"Wi-fi sistemi işləyəcək. Qatar 919 nəfər sərnişin götürür. Ümumilikdə isə 396 oturacaq yeri var. Onlardan 84-ü biznes-klass sayılır”, - deyə, QSC rəsmisi bildirib.

N.Əzməmmədov qeyd edib ki, Sumqayıtdan Bakıya gələn qatar Bakı sərnişin stansiyasında dayanacaq və elə buradan da sərnişinləri götürüb geriyə qayıdacaq.

Yeni qatar Bak-Sumqayıt arasındakı məsafəni cəmi 40 dəqiqəyə qət edəcək:

"Hazırda dəmir yolunda əsaslı təmir işləri aparılır. Ümumilikdə 63 km təmir olunmalıdır.  Yolun 30 kilometri artıq hazırdır. Yeni qatarlarda kondisioner quraşdırılıb, sərnişinlər üçün bütün zəruri şərait yaradılıb”.

N.Əzməmmədov onu da qeyd edib ki, yeni qatarlar təkcə Bakı-Sumqayıt marşrutu üzrə işləməyəcək:

"Bundan başqa, hazırda Stadler şirkəti ilə 30 yeni sərnişin vaqonunun alınması barədə danışıqlar gedir. Həmin vaqonlar Bakı-Tbilisi-Qars marşrutu üzrə işləyəcək.  

Bildiyimiz kimi, Azərbaycanda dəmir yolu xətlərinin standartı 1520 mm-dir (iki dəmir yolu xətti arasındakı məsafə - red.). Avropa standartı isə 1435 mm təşkil edir.

Ona görə də, yeni vaqonların təkər cütləri sərhəddə avtomatik olaraq Avropa standartlarına, geriyə, Bakıya qayıdanda isə Azərbaycan standartlarına keçəcək. Avropa standartlarına cavab verən bu vaqonlar 2016-cı ilədək Azərbaycana gətiriləcək”.
 









www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol