• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın iki əsas neft platformasında işlər dayandırılır

Azərbaycanın iki əsas neft platformasında işlər dayandırılır
12.05.2015 13:38

Britaniyanın neft nəhəngi Xəzərin Azərbaycan sektorundakı əsas neft platformalarından birində işləri "planlaşdırılmış texniki xidmət”lə bağlı dayandırır.

Virtualaz.org saytı xəbəri verir ki, bu barədə "Reuters” agentliyi az əvvəl BP-Azebaijan şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata əsasən "Əsrin müqaviləsi” çərçivəsində istismar olunan "Azəri-Çıraq-Günəşli” blokuna daxil olan "Qərbi Azəri” platformasında işlər üç həftəliyinə dayandırılır və mayın sonlarında bərpa ediləcək.

Azərbaycanın dövlət neft şirkəti SOCAR-dakı mənbə isə "Reuters”ə bildirib ki, bu ayın sonunda Xəzərdə daha bir neft platformasında işlər "planlı texniki xidmət” üçün dayandırılacaq.

Şübhəsiz ki, bir-birinin ardınca iki neft platformasında işlərin dayandırılması Azərbaycanda neft hasilatının həcminə mənfi təsir edəcək. Bu isə qiymətlərin ucuzlaşmasının nəticəsi olaraq neft gəlirlərinin azaldığı indiki bir vaxtda yaxşı xəbər deyil. Hərçənd ki, BP Xəzərdəki neft platformalarında mümkün qəza risklərini aradan qaldırmaq üçün vaxtaşırı olaraq işləri müvəqqəti dayandırır.

İlin əvvəlindən Azərbaycanda neft hasilatında nisbi artım müşahidə olunur, ilin birinci kvartalında 10.6 milyon ton neft hasil olunub. Ötən ilin eyni dövründə isə hasilatın həcmi 10.4 milyon ton idi. Hasilatın artmasının səbəbi "Azəri-Çıraq-Günəşli” blokunda hasilatın artmasıdır. Ötən il Azərbaycanda neft hasilatının həcmi 41.9 milyon ton olub, 2013-cü ildə isə hasilat 43.1 milyon ton idi.

Bir neçə il əvvəl BP-nin operatorluq etdiyi konsorsiumun hasilatı azaltması Azərbaycan hakimiyyətinin kəskin narazılığına səbəb olmuşdu. Bundan sonra BP hasilatı artırmaq üçün əlavə investisiyalar qoymağa razılaşıb. 2013-cü ildə hasilat artsa da ötən il yenidən azalma başlayıb. Bu ilki proqnoza görə, neft hasilatı ötən ilkindən az - 40.3 milyon ton olmalıdır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol