• $
  • €
  • ₽
  • ₺
  • £

Xəstəliklərə heyvan adlarının verilməsi qadağan olunur - AÇIQLAMA

Xəstəliklərə heyvan adlarının verilməsi qadağan olunur - AÇIQLAMA
13.05.2015 12:44

 

Ümumdünya Səhiyyə Təşkilatı xəstəliklərə heyvan adlarının verilməsinə qarşı çıxır. Qurum hesab edir ki, dünyanı qorxu altında saxlayan və epidemiya halında yayılan xəstəliklərə heyvan adlarının verilməsi onlara qarşı neqativ münasibətin formalaşmasına xidmət edir. İndiyə kimi "Donuz qripi”, "Quş qrupu” kimi tanınan xəstəliklərin adları da dəyişdiriləcək.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da ANN.Az-a açıqlamasında xəstəliklərə heyvan adlarının verilməsini düzgün hesab etməyib. Mütəxəssis heyvan adlarının xəstəliklərə verilməsini epizodik xarakter daşıdığını bildirib: "Bəzən xəstəliyin mənşəyi, baş vermə prosesi, ilk dəfə aşkar olduğu canlı subyektlə bağlı olaraq ona ad verilir və bu adlar içərisində heyvan adları da var. Heyvanlarla yanaşı bitki mənşəli xəstəlik adları da mövcuddur. Ancaq heyvanlarla insanların orqanizmləri daha yaxın olduğundan təbii ki, o xəstəliklər şüursuz canlıdan şüurlu canlıya daha tez keçmə ehtimalı var. O baxımdan xəstəliklər də bu cür adlanır”.

Professor qeyd edib ki, xəstəliklərə heyvan adlarının verilməsi insanlara yalnız psixoloji təsir göstərə bilər: "Bu insanlarda psixoloji aspektdən asılı olaraq dəyişə bilər. Yəni heyvanlarla sıx əlaqəda olan, heyvan sevgisi daha çox olan bir insanda bu psixoloji sarsıntıya gətirib çıxarar. Amma çox ciddi problemlərin yaranmasına səbəb olacaq bir məsələ deyil”.
 
 
Bu xəstəlik adlarının ("Toyuq korluğu”, "Quş qripi”, "Donuz qripi” və.s) dəyişdirilməsinə xüsusi bir ehtiyacının olmadığını bildirən A.Qeybulla əksər xəstəliklərı onların modelləşdirilməsi, müalicəsi, metodların, dərmanların xəstəlikdə effekt yaratmasına görə uyğunlaşdırılıb, heyvanlar üzərində aparılan ekspermentlərə görə müəyyən edildiyini bildirib.
 
Bu məsələnin Ümumdünya Səhiyyət Təşkilatı səviyyəsinə qədər qalxması və qurumun belə qərar verməsi məsələsinə gəlincə, Adil Qeybulla vurğulayıb ki, Azərbaycan da dünyanın bir hissəsidir və beynəlxalq qurumlar, təşkilatlar qarşısında öhdəlikləri var: "Ümumdünya Səhiyyət Təşkilatının qəbul etdiyi bütün qaydalar, qanunlar bizim ölkəmiz üçün də keçərlidir. Əgər xəstəliklərə heyvan adlarının verilməsi qadağan olunacaqsa təbii ki, bu Azərbaycana da aid olacaq. Çünki hər hansı bir xəstəliyin müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi protokollar əsasında həyata keçirilir. Vərəmin, mədə xorasının müalicəsində artıq ÜST-nın protokolları var. Bütün dünya və Qərb səhiyyəsi bu protokollar əsasında işləyir və biz də qəbul olunmuş protokollar əsasında müalicə aparırıq”.

Orxan Aslanlı

 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol