• $
  • €
  • ₽
  • ₺
  • £

Natiq Əliyev: Azərbaycan iqtisadiyyatı çox möhkəmdir

Natiq Əliyev: Azərbaycan iqtisadiyyatı çox möhkəmdir
28.05.2020 23:51
2035-ci ilə kimi enerji resurslarına tələbat artacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev "Capsian European Club”un təşkilatçılığı ilə keçirilən biznes forumda jurnalistlərə bildirib.

O bildirib ki, hal-hazırda dünyada 1 milyarddan çox avtomobil var, gələcəkdə isə bunların sayı iki dəfə artacaq.

"Bütün bu məsələləri nəzərə aldıqda gələcəkdə neft-qaz əsas enerji resursu olaraq qalacaq”.

Nazir bildirib ki, gələcəkdə enerji istehlak edən ölkələrin sırasına digər ölkələr də qoşula bilər.

"Gələcəkdə Hindistan, Çin, Şərqi, Cənubi Asiya ölkələri də əsas istehlakçı ölkələr sırasına daxi ola bilər-deyə”, Natiq Əliyev bildirib.

Nazir həmçinin ötən ilin göstəricilərinə də toxunub və bildirib ki, ötən il Azərbaycanda 42 milyon ton neft hasil olunub.

Onun sözlərinə görə, hasil olunan həcmin 34 milyon tonu "Azəri-Çıraq-Günəşli” yatağının payına düşüb.

"Ötən il 29,6 milyard kubmetr qaz hasil edilib ki, bu həcmin əksəriyyəti "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqlarından hasil edilib”, - nazir deyib.

Natiq Əliyev bildirib ki, neftin ixracı təxminən 35 milyon ton olub.

"Bunun əksəriyyəti "Azəri-Çıraq-Günəşli” və "Günəşli” yatağının payına düşüb. Eyni zamanda limanlardan ixraca göndərilən neftin 67,9%-i Azərbaycanın payına düşüb.

Hesab edirəm ki, bunlar çox yüksək göstəricilərdir. Dünya bazarlarında neftin qiyməti keçən ilin iyunundan kəskin azalsa da, Azərbaycan iqtisadiyyatı çox möhkəmdir. Biz inanırıq ki, Azərbacyanın mədən neft qaz sənayesi hələ iqtisadi inkişaf üçün çox böyük imkanlar yaradacaq”, - nazir bildirib.

Nazir bildirib ki, ötən il enerji istehsalı da artıb:

"Ötən il 24 milyon kilovat saatdan çox enerji istehsal olunub. 7.4 milyon kilovat saatını "Azərenerji” ASC tərəfindən yerdə qalan isə digər kiçik şirkətlər tərəfindən olub”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol