• $
  • €
  • ₽
  • ₺
  • £

“Xortdanın cəhənnəm məktubları” Kalmıkiyalı rejissorun yozumunda - Fotolar

“Xortdanın cəhənnəm məktubları” Kalmıkiyalı rejissorun yozumunda - Fotolar
13.05.2015 16:50
 
Xəbər verdiyimiz kimi Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli  Azərbaycan  yazıçı - dramaturqu  Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları” povesti əsasında eyniadlı tamaşaya quruluş vermək üçün artıq Bakıdadır.
 
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, iki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən yeni səhnə əsərinin hazırlıq prosesinə bu gün start verilib. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.
 
 
Azərbaycan teatr məkanında ilk dəfə müraciət olunan səhnə əsərində rolları Əməkdar Artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev ifa edəcəklər.  
 
 
Məlumat üçün bildirək ki, qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən ötən il Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Kalmıkiya Respublikasına ezam olunaraq  yazıçı-dramaturq Əli Əmirlinin "Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb.
 
 
Tamaşanın cari ilin iyun ayının 9-10-da nümayiş etdirilməsi nəzərdə tutulur.
 











www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol