• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə: “Azərbaycan əleyhinə kampaniyanın başında qlobal erməni şəbəkəsi dayanır”

Asim Mollazadə: “Azərbaycan əleyhinə kampaniyanın başında qlobal erməni şəbəkəsi dayanır”
13.05.2015 18:23
 

"Son vaxtlar xarici mətbuatda Azərbaycana qarşı 4500-ə yaxın məqalə yazılıb. Bunlar təkcə ölkəmizdəki insan hüquqları ilə bağlı deyil. Harada Azərbaycanı ləkələmək imkanları varsa, ondan istifadə edirlər.” 

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Milli Məclisdə I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan kampaniyaya həsr olunmuş dinləmələr zamanı belə deyib. O qeyd edib ki, sözügedən kampaniyanın geniş vüsət almasına səbəb beynəlxalq səviyyəli yarışların Azərbaycanda keçirilməsidir. Millət vəkili Azərbaycan əleyhinə kampaniyanın başında qlobal erməni şəbəkəsinin dayandığını vurğulayıb:  

"Qərb ölkələrindən gələn qonaqlar Azərbaycandakı inkişafı görüb bu kampaniyanın yalanlar üzərində qurulduğunu başa düşürlər. Azərbaycan əleyhinə kampaniyanın başında isə beynəlxalq erməni təşkilatları və lobbiləri dayanır. Ukraynada baş verən proseslərdən sonra ermənilər anlayırlar ki, artıq Dağlıq Qarabağ problemi dünyaya açılmalıdır.”

Asim Mollazadə onu da deyib ki, Azərbaycan Avropada və ABŞ-da ciddi iş aparmalıdır. Ermənilər, onların buyruğu ilə işləyənlər dərhal ifşa edilməlidir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol