• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan bank sektoru təhlükə ilə üz-üzədir” - AÇIQLAMA

“Azərbaycan bank sektoru təhlükə ilə üz-üzədir” - AÇIQLAMA
14.05.2015 12:55
İqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın may ayına olan son məlumatlarını şərh edərkən bank sektorunun təhlükə qarşısında olduğunu deyib: "Problemli kreditlər kritik həddə çatıb”. ANN.Az-a açıqlama verən iqtisadçı ekspert bank sektorunun ağır dövrünə qədəm qoyduğunu bildirib: "Mərkəzi Bankın hesabatına görə, problemli kreditlərin həcmi 1,2 milyard manat həddindədir. 2015-ci ilin 3 ayı ərzində belə kreditlər 24 faiz artıb. Halbuki kredit qoyuluşunun artımı daha az – 11 faiz olub. Rəsmi məlumatlara görə, vaxtı keçmiş kreditlərin payı 5,9 faizə yüksəlib ki, bu da son 2 ildə ən yüksək göstəricidir.

Statistik məlumatlara görə vəziyyətin çox da kritik olmadığını deyən ekspertin qənaətinə görə, reallıq başqa şeydən xəbər verir: "Geri qayıtmayan kreditlərin həcmi rəsmi məlumatlardan dəfələrlə çoxdur. Problemli kreditlərin payı təhlükəli həddi keçib. Bu gün ölkə üzrə problemli kreditlərin payının ikirəqəmli olmasını çəkinmədən deyə bilərik. Apardığımız müşahidələr və analizlər bu fikri təsdiq edir. Hətta elə banklar var ki, onların kredit portfelinin az qala yarısı problemlidir. Ölkənin kredit bazarının üçdə birinə sahib olan Beynəlxalq Bankın zərərli kreditlərinin həcmi ilə bağlı məlumatlarını göstərmək kifayətdir ki, vəziyyətin nə qədər ağır olduğunu dərk edək. Təxmini hesablamalara görə, ölkə üzrə problemli kreditlərin payı 20 faizdən çoxdur. Bu, artıq kritik həddir”.

Mövcud böhranı heç də təkcə devalvasiya ilə əlaqələndirməyi düzgün saymayan iqtisadçı problemin başlanğıcını kredit portfelini sürətlə artıran bankların risk menecmentini düzgün qurmamasından götürüldüyünü deyib: "Onların ən böyüyü Beynəlxalq Bankdır. Çünki Beynəlxalq Bank illərlə qüsurlu və riskli kredit siyasəti aparıb. Bu bankın kredit portfelinin şişməsi paralel olaraq problemli kreditləri şişirdib. Mərkəzi Bankın açıqlamalarının əksinə olaraq problemli kreditlərin istehlak yox, məhz biznes kreditlərinin hesabına artdığını həmişə vurğulamışıq. Günahkarın sadə vətəndaş yox, iri sahibkarlar olduğunu bildirmişik. Nəticə göz qabağındadır. Təbii ki, bu işdə son nöqtəni devalvasiya qoydu. Manatın dəyərinin 35 faiz itməsi dollar kreditlərinin ödəniş məbləğinin də birdən-birə 35 faiz artmasına səbəb olub. Təsadüfi deyil ki, təkcə fevral ayında dollar kreditləri üzrə problemli kreditlərin həcmi 55 faiz artıb. Banklar 5 milyard manatlıq valyuta kreditini restrukturizasiya etməli oldular. Onların müddəti uzadıldı, faiz dərəcələri bir neçə bənd aşağı salındı. Ancaq bu addım problemi həll edə bilmədi. Səbəb isə Konstitusiya Məhkəməsinin mayın 7–də nəzərdə tutulan iclası idi. Əhalinin Konstitusiya Məhkəməsinin onların xeyrinə qərar çıxaracağı kimi ümidləri gözləmə mövqeyinə keçdi və bu da ödəmənin davamiyyətinə ciddi təsir göstərdi. Hazırda əhali və sahibkarlar ödənişi dayandırıblar və qərarı gözləyirlər. Konstitusiya Məhkəməsinin qərarının gecikməsi ödənişlərdə problemlər yaradır”.

Bir neçə ay öncə proqnozlaşdırılan vəziyyətin göz qabağında olduğunu bildirən ekspert bank sektorunun neftin ucuzlaşmasından və devalvasiyadan böyük zərbə aldığını deyib: "İkinci devalvasiya bu sistem üçün öldürücü ola bilər. Kredit qoyuluşu zəifləyib. 1-ci rübün nəticələri göstərir ki, əksər bankların faiz gəlirləri kəskin aşağı düşüb. Bu da onların mənfəətinin azalmasına, zərərinin artmasına səbəb olacaq. Bir tərəfdən manat qıtlığı, digər tərəfdən aktivlərin zərərinin artması bankları kredit şərtlərini sərtləşdirməyə sövq edəcək. Artıq bu tendensiya müşahidə edilir. Əziyyət çəkənsə ölkə iqtisadiyyatı olacaq”.

Orxan Aslanlı
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol