• $
  • €
  • ₽
  • ₺
  • £

Dolların bahalaşması azalmaya gətirib çıxardı

Dolların bahalaşması azalmaya gətirib çıxardı
14.05.2015 13:19
"Dolların xarici valyutalara nisbətdə möhkəmlənməsi Azərbaycanın xarici ticarət dövriyyəsinə təsir edib. Cari ilin birinci rübündə xarici ticarət dövriyyəmiz 19% azalıb”.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov deyib.

O bildirib ki, ixrac üzrə də azalma qeydə alınıb. Bu isə neft ixracı ilə bağlıdır. Ötən ilin xarici ticarət dövriyyəsində profisit 3,6 mlrd. dollar olduğu halda, bu ilin birinci rübündə bu göstərici 1 mlrd. dollar təşkil edib.

"Azərbaycanın xarici ticarət tərəfdaşlarında vəziyyətin pisləşməsi ölkəyə daxil olan xarici valyutanın azalmasına səbəb olub. Bunun nəticəsi olaraq cari ilin birinci rübündə xarici valyutaya tələbat artımı müşahidə edilib. Belə ki, ölkənin xarici valyuta ehtiyyatlarının azalması və tərəfdaş ölkələrdəki devalvasiyaların psixoloji təsiri nəticəsində devalvasiya gözləntisi yaranıb.

AMB rəsmisi qeyd edib ki, nəticədə ölkədə devalvasiya gözləntiləri yaranıb: "İnsanlar öz valyutalarını xarici valyutaya dəyişirdi. Fevral ayında manatın ucuzlaşması barədə qərar qəbul edilmişdi. Ölkədə devalvasiyaya baxmayaraq inflyasiya məqbul vəziyyətdə, 1,2% qalıb. Daha çevik məzənnə siyasətinə keçid nəzərdə tutulur. Mərkəzi Bankın dollara bağlılıq siyasətindən çevik məzənnə siyasətinə keçid etməsi üzən məzənnə siyasətinə keçid üçün ilkin addım olaraq qəbul edilə bilər”.
 



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol