• $
  • €
  • ₽
  • ₺
  • £

Kann kinofestivalında Azərbaycan pavilyonu quruldu - Fotolar

Kann kinofestivalında Azərbaycan pavilyonu quruldu - Fotolar
15.05.2015 00:22
Fransada dünyanın ən nüfuzlu kino tədbiri - 68-ci Kann beynəlxalq film festivalı işə başlayıb. Artıq 5-ci ildir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Kann festivalında Azərbaycan pavilyonu təşkil edilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, festivalda ölkəmizin nümayəndə heyəti iştirak edir. Heyətə Mədəniyyət və Turizm Nazirliyi Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinoşünas, rejissor Ayaz Salayev, rejissor Asif Rüstəmov daxildir.

Milli pavilyonumuzda Azərbaycanın kinosunun müasir inkişafını, nailiyyətlərini, ölkəmizin turizm imkanlarını əks etdirən, həmçinin Bakı-2015 Avropa Oyunlarını təbliğ edən çap, reklam məhsulları nümayiş olunur.

Bu il "Azərbaycanfilm" kinostudiyasının tarixində ilk dəfə olaraq Kann festivalının kino bazarına altı ekran əsəri təqdim edilib. Bunlar "Şəhər motivləri", "Qırmızı bağ", "Yarımçıq xatirələr", "İçərişəhər", "Axınla aşağı", "Qisas almadan ölmə. Keçmişdən məktublar" bədii filmləridir.

68-ci Kann festivalının müsabiqə proqramında isə 19 film yer alıb. Kino nümayişi fransalı rejissor Emmaniel Berkonun "Başını dik tutaraq" filmi ilə açılıb. Festivalın finalında isə tamaşaçılar Lyuk Jakın "Buz və səma" filmini izləyəcəklər.

Amerikalı rejissorlar Coel və İtan Koen qardaşlarının rəhbərlik etdiyi münsiflər heyətinə məşhur aktrisalar Sofi Marso, Sienna Miller, kanadalı rejissor Ksavye Dolan, amerikalı aktyor Ceyk Cillenxol və meksikalı rejissor Qilyerme del Toro daxildir.

Festival mayın 24-də yekunlaşacaq və təntənəli mərasimdə "Qızıl palma budağı"nın sahibi və digər mükafatçılar elan olunacaq.
 




www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol