• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ləvəngidən qurd çıxdı - Video

Bakıda ləvəngidən qurd çıxdı - Video
15.05.2015 10:19
Bakıda ləvəngi alan vətəndaş xoş olmayan surprizlə üzləşib.

ANS TV-nin məlumatına görə, Azər Gəncəliyev axşam saatlarında işdən evə qayıdarkən Sabir küçəsində yerləşən obyektdən təndir məhsulu almaq qərarına gəlib. O, 7 manat ödəyərək ləvəngi alıb.

Azər aldığı ləvəngini yeyərkən həyatının şokunu yaşayıb. Belə ki, o, qida məhsulunu bir az yedikdən sonra xoş olmadığı suprizlə üzləşib. Onun aldığı toyuq məhsulunun içərisindən qurd çıxıb. Və gördüyü bu faktı da öz mobil telefonuna çəkib.

Müsahibim dediyinə görə, o, hər dəfə evə qayıdarkən qidalanmaq üçün müxtəlif azuqələr alır. Bir neçə dəfə ləvəngi aldığı obyektdən də azuqələr alıb.

"Ləvənginin içərisində qurdu görəndən sonra diskindim. Hazırda bir sutkadır ki, qida qəbul edə bilmirəm. Geçəni isə yatmamışam, özümü yaxşı hiss etmirəm. Bundan sonra ləvəngi aldığım yerə yaxınlaşdım. Amma onlar ləvəngi həmin obyektdən aldığımı inkar etdilər”, – deyə sakin Azər Gəncəliyev bildirib.

Zərərçəkmişin qarşılaşdığı vəziyyətlə bağlı Respublika Gigiyena və Epidomiologiya Mərkəzinə üz tutduq. Qurumun şöbə müdiri bildirdi ki, buna görə şikayətçi mərkəzə yazılı müraciət etməlidir. Qaldı kı, bununla bağlı hansı tədbirlərin görülməsinə?

"Son dövürlər ləvənginin təndirdə hazırlanması dəb halını alıb. Amma onlar başa düşməlidirlər ki, ləvəngini təndirdə hazırlayarkən ancaq sifariş əsasında hazırlamaq olar. Ləvənginin təndirdə hazırlayıb onun 3-4 sutka saxlamaq olmaz. Görünür uzun müddətmiş ki, hazırlanan ləvəngi satılmayıb”, - deyə şöbə müdiri İmran Abdullayev fikrinin açıqlayıb.

Bundan sonra bizə müraciət edən Azər Gəncəliyev Respublika Gigiyena və Epidomiologiya Mərkəzinə yazılı olaraq müraciət etdi.

Əgər göstərilən fakt öz təsdiqini taparsa, obyekt rəhbərliyi cəzalanadırılacaq.
 
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol