• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan üçün yaxşı proqnoz

Azərbaycan üçün yaxşı proqnoz
29.05.2020 02:21
Daha yumşaq məzənnə neft gəlirlərinin azalmasından gələn zərbəni yumşaldacaq

"Neftin qiymətinin ucuzlaşması Azərbaycanın iqtisadiyyatı üçün xoşagəlməz sürpriz olub". 

ANS PRESS-in məlumatına görə, bu barədə "Fitch Ratings" agentliyinin hesabatında qeyd edilib. Beynəlxalq agentlik yerli və xarici valyutada Azərbaycanın suveren reytinqini "BBB" səviyyəsində - sabit proqnozla təsdiq edib.

Agentlik hesab edir ki, manatın devalvasiyası və dollar/avronun bivalyuta səbətində qayıdışı real effektiv məzənnənin kəskin möhkəmlənməsi və Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasına reaksiya idi. AMB-nin 2014-cü ilin oktyabrında 16,4 milyardlıq ehtiyyatları 2015-ci ilin fevralında 11 milyarda qədər azalıb. Ancaq bu göstərici Azərbaycanın kredit reytinqinə təsir etməyib. Bununla belə ehtiyatlar 6 aylıq idxal həcmini ödəyərək kifayət qədər yüksək səviyyədə qalıb.

Hazırkı büdcədə neftin bir barelinin orta qiyməti 90 dollar olduğu üçün ÜDM-də 2,8% səviyyəsində kəsir yaranıb. "Fitch Ratings" agentliyi hesab edir ki, daha yumşaq məzənnə neft gəlirlərinin azalmasından gələn zərbəni yumşaldacaq. Hökumət qarşıdakı əhəmiyyətsiz layihələrin reallaşdırılmasını ləngidərək infrastruktur xərclərini çox yüksək səviyyədən aşağı salmalıdır. Bu addımlar büdcə kəsirinin qarşısını ala bilər.

Agentlik bildirir ki, ölkədə iqtisadi artım yanvar ayında 4,4% təşkil edib. Bu artım daha çox qeyr-neft sektorunun payına düşüb. Proqnozlaşdırılır ki, 2015-ci ildə artım tempi 1,5% azalacaq. Çünki manatın devalvasiyası ev təsərrüfatlarının istehlakının artımını zəiflədəcək. Neft istehsalı və neft qiymətlərinin sabitləşməsi 2016-cı ildə iqtisadi artım 3,5%-ə qədər çatacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol