• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəli məşhurlardan Elnura dəstək - VİDEO

Türkiyəli məşhurlardan Elnura dəstək - VİDEO
15.05.2015 13:42
"Sonuna qədər Azərbaycan, Elnura tam dəstək"

Türkiyəli bir sıra məşhur simalar Azərbaycanı "Eurovision-2015"də təmsil edən Elnur Hüseynova dəstək videosu hazırlayıblar.

ANS PRESS-in məlumatına görə, videoda tanınmış aparıcı-prodüser və TV8 telekanalının rəhbəri Acun Ilıcalı, aktyor Alper Kul, Fatma Toptaş, müğənni Fettah Can, Sefa Doğanay, Suzan Kardeş, Şebnem Bozoklu kimi tanınımışlar "Sonuna qədər Azərbaycan, Elnura tam dəstək" söyləyiblər.

Çıxışlarında Azərbaycanla yanaşı, Türkiyənin də adından yarışdığını bildirən ifaçının səhnə performansının xüsusi mənası var.

Belə ki, "Hour of the wolf" mahnısının "qəhrəmanı" vəhşi və yalnız qurddur. O, öz səsiylə gücünü göstərmək istəyir. İfaçının yanında rəqs edən qadın və kişi qurdun hərəkətlərini yamsılayacaqlar. Qurd kimi boz rəngdə geyinən rəqqaslar dalaşmaq istəyərkən Elnur onlar arasında barışdırıcı mövqedə duracaq. Səhnədə bədirlənmiş ayın təsviri də qurdun zamanının gəldiyinə işarədir. E.Hüseynovun çıxışının sonunda isə səhnədə ağ göyərçin görünəcək.

Təmsilçimizin əsas məqsədi mahnının ideyasını, yəni, "hər ürək üçün vuruşmaq lazımdır” mesajını Avropa auditoriyasına çatdırmaqdır.

Qeyd edək ki, Elnur Hüseynov mayın 21-də "Eurovision 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci sırada "Hour of the Wolf” mahnısı ilə çıxış edəcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol