• $
  • €
  • ₽
  • ₺
  • £

Nəqliyyat Nazirliyindən avtobus sürücülərinə son xəbərdarlıq

Nəqliyyat Nazirliyindən avtobus sürücülərinə son xəbərdarlıq
29.05.2020 00:27
Avropa Oyunları ilə əlaqədar Nəqliyyat Nazirliyi paytaxtda sənişindaşıma ilə məşğul olan avtobus marşrutlarının sahiblərinə və sürücülərə xəbərdarlıq etdi.

Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov Trend-ə bildirib ki, bu gündən etibarən paytaxtda özbaşınalıq edən avtobus sürücüləri və onların sahiblərinə qarşı sərt tədbirlərin görülməsinə başlanacaq.

Onun sözlərinə görə, ümumiyyətlə, əvvəlki dövrə nisbətən ictimai nəqliyyatın işi bundan sonra daha mütəşəkkil qaydada tənzimlənəcək: "Nəzərə alınsa ki, Avropa Oyunları zamanı metronun 9 stansiyası ətrafında həm də "ekspres” avtobuslar olacaq, onda təsəvvür edin ki, həmin ərazilərə nə qədər ictimai nəqliyyat yığılacaq. Biz bunu mayın 9-da Avropa Oyunlarına hazırlıq tədbirləri keçirilən vaxt gördük ki, ictimai nəqliyyat vasitələri ikinci, üçüncü sıraya çıxırlar. Onlar bilsinlər ki, avtobusların və onların sürücülərinin hərəkəti həm Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, həm də Daxili İşlər Nazirliyinin nəzarət kameraları vasitəsilə hər gün izlənilir. Bu gündən etibarən isə dayanacaqlarda avtobusları ikinci və üçüncü sırada saxlayan sürücülərə qarşı həm Nəqliyyat Nazirliyi, həm də yol polisi tərəfindən sərt tədbirlər görüləcək, nəqliyyat vasitələri cərimə meydançalarına aparılacaq, o cümlədən həmin avtobusun sahibkarları cəzalandırılacaqlar. Ona görə də qoy özlərini yığışdırsınlar. Nəqliyyat Nazirliyi sahibkarlara xəbərdarlıq edir ki, idarə etdikləri marşrut xətlərinə ciddi nəzarət etsinlər və mayın sonunadək bu məsələri tam qaydasına qoysunlar ki, iyun ayında heç bir özbaşınalığa yol verilməsin”.

Nazirliyin sözçüsü sükan arxasında telefonla danışan, siqaret çəkən və yüksək səslə bayağı musiqilərə qulaq asan avtobus sürücülərinə sərt ismarıc yollayıb: "Nəzarət kameraları hər şeyi qeydə alır və gün ərzində onlar barədə bizə mütəmadi məlumat daxil olur. Həmin sürücülərə sözüm budur ki, baxın, Avropa Oyunları üçün artıq 1263 sürücü hazırdır. Onların hazırlanması prosesi bundan sonra da davam edəcək. Yəni, sizin yerinizə daha mədəni, xarici dilləri bilən sürücülər hazırlanır. Bilin ki, yerinizi itirəcəksiniz. Bu işlərə barmaqarası baxmayın. Sonra gec olacaq”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol