• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident "Bulvar Hotel"in açılışını etdi - FOTOLAR

Prezident "Bulvar Hotel"in açılışını etdi - FOTOLAR
15.05.2015 19:20
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda "Bulvar Hotel”in açılışında iştirak ediblər. 

Dövlət başçısı və xanımı otelin Fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar. Otellə tanışlıqdan sonra İlham Əliyev kollektivlə görüşüb və otelin Ağ Şəhər bulvarında yerləşdiyini yüksək qiymətləndirib: 

"Bu da yenilikdir. Çünki bildiyiniz kimi, bu ərazilərdə vaxtilə sənaye müəssisələri, zövq oxşamayan digər tikililər olmuşdur. İndi isə bütün bu ərazi ictimai zona, bulvarın davamı kimi Bakının sakinlərinin sərəncamına verilir”.

Prezident deyib ki, Ağ Şəhər bulvarı əslində Bakı bulvarının davamıdır: "Çox şadam ki, yeni yaranan Ağ Şəhər bulvarında "Bulvar Hotel” tikilib və istifadəyə verilir. Bu, bir daha onu göstərir ki, ölkəmiz sürətlə inkişaf edir. Ölkəmiz öz qapılarını bütün qonaqlarının üzünə açmışdır. Bakıya gələn turistlərin sayı artıq milyonlarla ölçülür. Əminəm ki, Avropa Oyunlarından sonra gələn qonaqların sayı daha da artacaq. Çünki Bakı gözəl şəhərdir. Mənim fikrimcə, dünyanın ən gözəl şəhəridir, bunu indi demək olar. Şəhərimizə gələn hər bir qonaq qeyd edir ki, Bakıdan getmək istəmir, yaxud da çalışır ki, sonra Bakıya qayıtsın. Çünki şəhərimizin tarixi memarlığı, ab-hava, təhlükəsizlik, yüksək xidmət sahələri, müasir otellər, istirahət zonaları əlbəttə ki, qonaqları cəlb edir. Ancaq biz Bakıda görülən işləri, ilk növbədə, Azərbaycan vətəndaşları, onların rahatlığı, istirahəti üçün edirik. Bu gün Bakı sakinləri bütün bu gözəl imkanlardan istifadə edirlər”.

Prezident ölkədə son illər tikilən digər hotellərdən də danışıb: "Bir daha demək istəyirəm ki, bölgənin, regionun ən böyük otelinin Bakıda tikilməsi, xüsusilə son illər ərzində "Hyatt”, "Sheraton” "Four Seasons”, "Marriott”, "Kempinski”, "Jumeirah”, "Hilton”, nəhayət, "İnturist” - bütün bu otellər tikiləndən sonra yenə də böyük otelin inşası inkişafımızın ən gözəl göstəricisidir. Mənə verilən məlumata görə, burada 700-dən çox iş yeri açılıbdır ki, onların əksəriyyəti Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Bu da çox gözəl əlamətdir. Həm yüksək maaş verilir, həm də ki, insanlar işlə təmin olunurlar. Görürəm ki, işləyənlərin əksəriyyəti gənclərdir və burada artıq gözəl təcrübə toplamısınız. Əminəm ki, gələcəkdə daha da yüksək vəzifələrdə çalışacaqsınız. Sizi bir daha ürəkdən salamlayıram və sizə uğurlar arzu edirəm”.
 











www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol