• $
  • €
  • ₽
  • ₺
  • £

3000 qadına müavinət verildi - çoxuşaqlılığa görə

3000 qadına müavinət verildi - çoxuşaqlılığa görə
15.05.2015 20:00
Ölkədə 111,1 min aztəminatlı ailənin 486 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb

Valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların 471 nəfər qəyyumuna aylıq müavinət verilib. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının 9,7 min ailəsinə 18,8 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 5 913 nəfər bir yaşadək uşağa görə 5 798 ailəyə sosial müavinət verilib.

Aprel ayının 1-i vəziyyətinə beşdən çox uşağı olan 3 min qadına 8,8 min uşaq üçün müavinət verilib.
Əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 478 zərərçəkən kompensasiya alıb. Bununla yanaşı, 32036 nəfərə, o cümlədən 25 967 uşağın doğulmasına görə, 4 026 nəfərə radiasiya qəzası nəticəsində əlil olan şəxslərin müalicəsi üçün, 1 488 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirən 555 nəfərin dəfni üçün birdəfəlik müavinət verilib.

2015-ci ilin 3 ayı ərzində Azərbaycan qarşısında xüsusi xidmətlər göstərən 53 min nəfər aylıq təqaüd alıb. Cari ilin aprel ayının 1-i vəziyyətinə ölkədə 111,1 min aztəminatlı ailənin 486 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və bu yardımların bir nəfərə düşən orta aylıq məbləği 32,81 manat təşkil edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol