• $
  • €
  • ₽
  • ₺
  • £

Finalda qəribə hadisə - "Traktorsazi"yə yalan məlumat verilib

Finalda qəribə hadisə - "Traktorsazi"yə yalan məlumat verilib
16.05.2015 11:00
İran xəbər agentlikləri futbol üzrə İran çempionatının final matçının son dəqiqələrində "qəribə hadisələrin” baş verdiyi və "Traktorsazi" komandasına yalan məlumat verildiyini yazırlar.

Son tur ərəfəsində turnir cədvəlinə başçılıq edən "Tarktorsazi" ilə Tehranın "Neft" klubunun oyunu 3-3 hesabı ilə başa çatıb.

İSNA xəbər agentliyi və İran televiziyasının yaydığı məlumata görə, oyunun son dəqiqələrində "Traktorsazi" komandasına verilən yalan məlumat nəticəsində Təbriz komandası özünü çempion hesab edərək matçı sadəcə başa çatdırmağa çalışırmış.

"Traktorsazi"yə verilən yalan məlumat eyni zamanda keçirilən "Saypa" və "Sepahan" komandaları arasındakı matçın nəticəsi ilə bağlı olub. "Saypa”nı 2-0 hesabı ilə məğlub edən "Sepahan” İran çempionu olub. Halbuki federasiya məsulları "Traktorsazi" məşqçilərinə Sepahan-Saypa oyununun heç-heçə sonlandığını bildiriblər.

İran Televeziyasına bağlı olan 90TV saytı bu xüsusda belə yazıb:

"Belə bir hadisə bəlki dünyanın heç yerində olmayıb, amma İran futbolunda olub. Oyunun sonunda Traktorsazi komandası və tərəfdarlarına deyilib ki, Saypa-Sepahan oyunu bərabər nəticə ilə sona çatıb və Traktorsazi çempiondur. Güya, bu yanlış məlumat stadionda təhlükəsizliyi qorumaq üçün verilib. Amma, deyilənlərə görə, Traktorsazinin baş məşqçisi Antonio Oliveyra komandasının çempion olduğunu düşündüyü üçün oyunçulardan geri çəkilib sadəcə nəticəni qorumağa çalışmalarını istəyib.”

İSNA-nın məlumatına görə, "matçın son dəqiqələrində Təbriz stadionunda bütün internet, TV, radio və hətta mobil telefon əlaqələri kəsilib.”

90TV saytının yazdığına görə, aldadıldıqlarını öyrənən "Traktorsazi" tərəfdarları qəzəblənib, azarkeşlər və polis arasında qarşıdurma baş verib.

Yayılan məlumata görə, qarşıdurmalar nəticəsində bir neçə nəfər yaralanıb.

Traktorsazi-Neft matçında 67-ci dəqiqəyədək 3:1 hesabı ilə öndə olan "Traktorsazi"nin hücumçusu Andranik Teymuryanın meydandan qovulmasından sonra son 77-81-ci dəqiqələrdə iki qol vurulub və oyun 3-3 hesabı ilə bitib. 

BBC Azeri

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol