Bakıda III Dünya Mədəniyyətlərarası Dialoq Forumu başladı

Bakıda "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" devizi altına III Dünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb.
"Report" xəbər verir ki, III Dünya Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.
III Dünya Mədəniyyətlərarası Dialoq Forumu "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusuna həsr olunub.
Forum çərçivəsində "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" - mədəni hüquqlar, ekstermizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı plenar sessiyaları keçiriləcək. Eyni zamanda, təhsilin, gənclərin, incəsənətin, turizmin mədəniyyətlərin yaxınlaşması və dialoqda roluna həsr ediləcək müxtəlif işçi sessiyalar, mədəniyyət paytaxtlarının dialoq görüşü, mədəniyyət və turizm nazirlərinin 2-ci dünya konfransı, həmçinin ilk dəfə UNESCO-nun mədəniyyət və dinlərarası dialoq üzrə kafedra rəhbərlərinin ilk ümumi toplantısı, mədəniyyətlərin yaxınlaşması sərgisi və digər tədbirlər olacaq.
Tədbirdə 100-dən çox dövlətin nümayəndələri, 50-dən çöx ölkədən nazir, nazir müavinləri, parlament təmsilçiləri və digər yüksək səviyyəli rəsmilər, 10-dan artıq beynəlxalq qurumun rəhbəri iştirak edir.
Xatırladaq ki, Mədəniyyətlərarası Dialoq üzrə I Dünya Forumu 2011-ci il aprelin 7-9-da Bakıda baş tutub. Forum iştirakçıları konseptual əsaslar, idarəetmə, siyasətə dair müxtəlif aspektlərdə mədəniyyətlərarası dialoq məsələlərini müzakirə ediblər.
II forum isə 2013-cü il 29 may - 1 iyun tarixində Bakıda baş tutub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























