Paytaxtda daha bir yol bağlanır

Bakıda daha bir yol bağlanır. ANS PRESS-in məlumatına görə, bu barədə "Azəryolservis” ASC-dən məlumat verilib.
Verilən məlumata əsasən, saat 11:00-dan etibarən Mikayıl Useynov prospektinin Bayraq meydanından Azneft dairəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Məhdudiyyət piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.
Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
Müraciətdə sürücülərə alternativ olaraq Xanlar küçəsindən istifadə etmələri tövsiyə olunur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























