• $
  • €
  • ₽
  • ₺
  • £

Tibb Universitetinin klinikasında sümük iliyinin köçürülməsi əməliyyatı planlaşdırılır

Tibb Universitetinin klinikasında sümük iliyinin köçürülməsi əməliyyatı planlaşdırılır
18.05.2015 15:19
"Bu ilin sentyabr-oktyabr aylarında Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasında sümük iliyinin köçürülməsi əməliyyatının həyata keçirilməsi nəzərdə tutulub".
 
Bu barədə "Report"a açıqlamasında Klinikanın direktoru professor Surxay Musayev deyib.

O qeyd edib ki, keçən ilin dekabr ayından klinikada Hematologiya şöbəsi yaradılıb: "Ölkədə bu günə qədər az sayda belə şöbələr fəaliyyət göstərib. Təəssüf ki, Azərbaycanda qan xəstələrinin sayı durmadan artır. Leykoz, talassemiya, eləcə də sümük iliyi ilə bağlı patologiyalar səhiyyəni ciddi narahat edən amillərdəndir. Ciddi xəstəliklərin sayı artır, lakin onlara professional səviyyədə yardım göstərilməsi məsələsində müəyyən problemlər mövcud idi. Bunu aradan qaldırmaq üçün rektorluğa müraciət etdik və klinikada Hematologiya şöbəsi yaradıldı. Hazırda həmin şöbədə bir dənə də olsun çarpayı boş qalmır. Gün ərzində onlarla xəstəyə həm xəstəxana şəraitində, həm də ambulator yardım göstərilir. Hədəfimiz burada yaxın zamanlarda sümük iliyinin köçürülməsi əməliyyatını gerçəkləşdirə bilməkdir".

Əməliyyatların aparılması üçün hazırlıq istiqamətində işlərin görüldüyünü deyən Klinikanın direktoru bildirib ki, azərbaycanlı mütəxəssislər Türkiyənin klinika və universitetlərində təcrübə keçiblər: "Hətta həmin ölkənin bir sıra universitetlərinin mütəxəssislərini də Azərbaycana dəvət etmişik. Ümid edirəm ki, payızda artıq bu əməliyyatı həyata keçirə biləcəyik. Hazırda yalnız müəyyən texniki məsələlərin həll edilməsi qalıb. Belə ki, klinikada hepofiltrlərin qurulması və burada aseptik şəraitin yaradılması qalıb. Çünki bu xəstələr infeksiyalaşa bilməzlər".

S.Musayev qeyd edib ki, əməliyyatın aparılması üçün bütün lazımi cihazlar alınıb: "Avadanlıqlar əsasən Amerika, Almaniya, Belçika və Yaponiyadan gətirilib. İlk sümük iliyinin köçürülməsi əməliyyatını türk mütəxəssisləri ilə birlikdə etməyi nəzərdə tutmuşuq. Başlanğıc üçün əməliyyatlar həftədə bir-iki dəfə olacaq. Xəstələrin sağlamlıq vəziyyətinin nəticəsinə baxıb, gələcəkdə bu cür əməliyyatları kütləvi şəkildə etməyi düşünürük".

"Sümük iliyi köçürüləndən sonra ölümün və ya digər fəsadlaşma hallarının iki başlıca səbəbləri var. Birincisi, orqanizm köçürülən sümük iliyini qəbul etmir, ikincisi isə infeksiyalaşmadır. Çünki bu xəstələrin immuniteti sıfırlanır. Yəni, orqanizm tam steril, qorunmamış vəziyyətə düşür. Burada adi zökəm xəstəsi olan insanın asqırması həmin xəstələri çox ağır infeksiyaya düçar edə bilər. Belə olduğu halda, hətta xəstələri itirə də bilərik", - deyə direktor əlavə edib.

O, həmçinin yaxın gələcəkdə Azərbaycanda genetik laboratoriyanın açılması məsələsinə də toxunub. Direktorun sözlərinə görə, həmin laboratoriya da hematologiya ilə bağlıdır: "Çünki sümük iliyinin köçürülməsi üçün genetik uyğunluq da həll olunmalıdır. Daha böyük genetik laboratoriyanın açılması üçün ATU-nun rektoru Əhliman Əmiraslanov Prezident yanında Elmin İnkişafı Fonduna müraciət edib. Fondun keçirdiyi qrant müsabiqələrdə iştirak etmək istəyirik. Çünki normal genetik laboratoriyanın açılması böyük xərc tələb edir. Laboratoriya açılacağı təqdirdə ölkədə genetik xəstəliklərin aşkar olunmasında mühüm nailiyyətlərə imza atmış olacağıq. Laboratoriyanın Tibb Universitetinin nəzdində yaradılması yaxın gələcək üçün mümkün olacaq".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol