• $
  • €
  • ₽
  • ₺
  • £

Abutalıbov: “Bu dəqiqə ölməyə hazıram, bilsəm ki, biri geri qayıdar...”

Abutalıbov: “Bu dəqiqə ölməyə hazıram, bilsəm ki, biri geri qayıdar...”
20.05.2015 13:49
Bakı meri Hacıbala Abutalıbov yanan binaya vurulan "penoplast"la bağlı daha bir açıqlama verib. 


"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının məlumatına görə, mer jurnalistlərə açıqlamasında qeyd edib ki,  FHN açıqlama versə ki, bina yaşayış üçün yararlıdır, binanı təmir edib sakinlərin istifadəsinə verəcəyik:

"Razılıq verilərsə, şənbə günü təmirə başlayacağıq. Hesab edirəm ki, iki aya təmir bitəcək. FHN binanın dayanaqlı olmaması haqda qərar versə, sözsüz ki bina söküləcək. Tezliklə yerində daha yaxşı bina tikiləcək. Hazırki binada 50 kvadratmetr evi olanlara biz yeni binadan 70 kvadratmetrlik məznil verəcəyik.

Hər bir ailə ilə bir-bir görüşmüşük. Onlara min manat kompensasiya verilib. Çoxu pulu alsa da, qohumlarınını evində qalmaq istədiyini bildirib və biz də bununla razılaşdıq. Çünki qohum evi onlara daha yaxşı və olar. Bu min manatlıq kompensasiya başqadır və ilk addımdır. Dövlət tərəfindən vəfat edənlərin  yaxınlarına, yaralananlara və mənzildə xəsarət alanlara da bir dəfəlik müavinət veriləcək. Yanğınla bağlı ehtimallardan biri də üzlük material keyfiyyətsiz olmasıdır. Keyfiyyətsizdirsə, buna nəzərarət edənlər niyə baxmayıb? Tutaq ki, istehsal edən keyfiyyətsiz istehsal edib, bəs binaya vurulanda niyə nəzarət olunmayıb?  Üç ildir ki, bu bina yanmır. Indi niyə birdn-birə yandı? Bu da sual doğurur. Bu materiallar Soçidə, Moskvada, ümumiyyətlə, bütün dünyada istifadə olunur. Amma xaricdə bu materialı bina divarına  yapışdırırlar, bizdə isə aralı vurulub. Ona görə, boru kimi tam yanıb başa çatıb. Mən elmi fəaliyyətimlə əlaqədar 90-ci illərdə dəfələrlə xaricdə, Amerikadan Asiyaya qədər hər yerdə olmuşam. Onda bir arzum var idi, nə vaxt Bakı belə olacaq? İndi isə bu sözü "kaş bizim şəhərimiz də Bakı kimi təmiz olardı” xarici qonaqlar deyir". 

Bakı meri bildirib ki, hər bir sakini dinləyib onların bütün problemlərini həll edəcək:

"Sakinlərə demişəm, hardan istəsəz kirayə ev tutun, pulu özüm verəcəm. Əgər bilsəm ki, mənim ölməyimlə yanğında vəfat edənlərdən biri geri qayıdacaq, mən bu dəqiqə ölməyə hazıram".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol