• $
  • €
  • ₽
  • ₺
  • £

"İyunun 1-dən rayon maşınlarının Bakıya girişinə qadağa qoyulacaq"

"İyunun 1-dən rayon maşınlarının Bakıya girişinə qadağa qoyulacaq"
20.05.2015 15:30
Xüsusi dayanacaqlar ayrılacaq.

İyun ayının 1-dən rayon qeydiyyatında olan avtomobillərin Bakıda taksi fəaliyyətinə icazə verilməyəcək.

APA-Economics-in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

"İyunun 1-dən qeyri-qanuni taksi fəaliyyətində istifadə olunan, rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə daxil olması qadağan olunacaq”, - deyə nazir müavini qeyd edib.

Onun sözlərinə görə, həmin gündən etibarən rayonlardan şəxsi işləri üçün öz avtomobilləri ilə Bakıya gələnlərin nəqliyyat vasitələri paytaxta buraxılmayacaq.

"Bakı şəhərinə öz şəxsi işləri ilə məşğul olmağa gələnlər üçün Bakı ətrafında - həm şimal, həm də qərb hissəsində xüsusi mühafizə olunan dayanacaqların ayrılması nəzərdə tutulub. Onlar bu dayanacaqlarda nəqliyyat vasitələrini saxlaya bilərlər. Belə şəxslərin şəhərin mərkəzinə, metro stansiyalarına gəlmələri üçün avtobuslar təşkil olunacaq”, - deyə M. Pənahov vurğulayıb.

Nazir müavini əlavə edib ki, bu qərar I Avropa Oyunları ilə əlaqədar verilib və paytaxtın nəqliyyat sistemində olan problemlərin aradan qaldırılması məqsədini daşıyır:

"Bu qərar şəhərin mərkəzi hissəsində nəqliyyat axınının azalmasına yönəldilib. Qərar müvəqqəti xarakter daşıyır. Kifayət qədər böyük tədbir olduğunu nəzərə alaraq, sərnişin axınının tənzimlənməsi, eyni zamanda idmançıların və onlara bərabər tutulan şəxslərin oyunların keçiriləcəyi yerlərə vaxtında çatdırılmasına şərait yaratmağa yönəldilib”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol