• $
  • €
  • ₽
  • ₺
  • £

Ribbentropun bakılı kəşfiyyatçıya məktubu tapıldı

Ribbentropun bakılı kəşfiyyatçıya məktubu tapıldı
29.05.2020 08:08
Yaponiyada, nasist Almaniyasının xarici işlər naziri İoahim fon Ribbentropun imzası ilə SSRİ kəşfiyyatçısı Rixard Zorgeyə ünvanlanmış məktub aşkar edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Asahi Shimbun” nəşri bildirib.

Məktub Tokioda kitab mağazaları raritetində tapılıb. Naməni, "Tamura Shoten” mağazasının xarici kitablar bölməsinə cavabdeh olan 71 yaşlı menecer Yoşio Okudaira tapıb.

Kəşfiyyatçının 43-cü yaş günü, 1938-ci ilin 4 oktyabrına aid məktubda Tokioda alman səfirliyinin fəaliyyətində "yüksək nailiyyətlər”i qeyd edilir, halbuki o, SSRİ üçün işləyirdi.

"Biz sizin alman səfirliyinin fəaliyyətində yüksək nailiyyətlərinizi qiymətləndiririk”, - nasistlərin sovet kəşfiyyatçısına ünvanlanmış məktubda deyilib.

Məktuba Ribbentropun 29x23 sm ölçülü imzalı şəkli də əlavə edilib, bu imzanın nazirə aid olduğu ehtimal edilir.   

Qeyd edək ki, əfsanəvi kəşfiyyatçı Rixard Zorge bizim yerlimizdir. O, 1895-ci il oktyabrın 4-də Bakıda anadan olub, o uşaqlığını və yeniyetməliyini burada keçirib.

1898-ci ildə Zorge Almaniyaya gedib, sonra isə 1924-cü ildə SSRİ-yə mühacirət edib və hərbi kəşfiyyatçı olub. Zorge Yaponiyaya 1933-cü ilin sentyabrında "Frankfurter Zeitung” qəzetinin müxbiri kimi yollanıb. O, Almaniyanın milli-sosialist partiyasının üzvü olub. Diplomat Ott Zorgeyə tam etibar edirdi, Yaponiyada reyxin səfiri vəzifəsinə keçdikdən sonra, onun şəxsi köməkçisi olur.  

Zorge 1941-ci ildə həbs edilib, 1944-cü ildə isə edam edilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol