• $
  • €
  • ₽
  • ₺
  • £

Hadisənin şahidi: Yanğın zibildən başladı

Hadisənin şahidi: Yanğın zibildən başladı
29.05.2020 07:10
Binanın yanmasına səbəb poliklinikanın damının üzərindəki zibilin alışması oldu. Bir dəqiqə ərzində bina alovlandı. Mən suyu aparıb yanan yerə töküncə mənzilim mətbəxi alışmağa başladı. Mən dördüncü mərtəbədə yaşayıram.

Biz-mən, həyat yoldaşım və azyaşlı iki uşağım binanın dəhlizinə qaçaraq çıxdıq. Dəhlizdə adamdan tərpənmək mümkün deyildi. Binadan salamat çıxan axırıncı ailə biz olduq. 17 mərtəbəli binanın lift aylardır işləmir. Bax bu səbəbdən ölənlərin və zəhərlənənlərin sayı çox oldu. 

Bu sözləri Bizimyol.info-ya yanğın baş vermiş Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 33 nömrəli mənzilinin sahibi Orxan Kərimov bildirib.  

O deyib ki, təkcə ev əşyalarına görə, ona 50 min manat zərər dəyib: "Binanın fasadına vurulan poliuretan üzlüyü yanmağa həssas olduğu üçün bina göz qırpımında alova təslim oldu”.

Zərərçəkənlər bildirdilər ki, onlar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən binanın fasadına poliuretan üzlüyünün vurulmasına qarşı çıxıblar. Sakinlər etiraz  edəndə poliuretan üzlüyün onların həyatına təhlükə yaratmadığı deyilib. 

Hadisə nəticəsində həyatın itirən məktəblilərin xatirəsi onların sinif yoldaşları tərəfindən anılıb. Onlar yanan binanın qarşısına qərənfillər düzüblər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol