• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: “Avropa Oyunları bu faciə qarşısında heçə bərabərdir”

Prezident: “Avropa Oyunları  bu faciə qarşısında heçə bərabərdir”
28.05.2020 22:21
"Bunun Avropa Oyunları ilə heç bir əlaqəsi yoxdur. Söküb, bərpa etməmək də olar"

Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın zamanı zərərçəkənlərin hər birinin yerləşdirilməsi məsələsi həllini tapıb.
 
APA-nın məlumatına görə, bunu bu gün Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı komissiyanın sədri, baş nazirin müavini Abid Şərifov deyib.
 
"Əlavə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri pansionatında iki kottec, 18 otaq hazırlanıb. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Goradildəki pansionatında 10 kottec də hazır vəziyyətə gətirilib”, - deyə A. Şərifov qeyd edib.
 
A. Şərifov qeyd edib ki, hadisə zamanı dünyasını dəyişənlərin dəfn olunması ilə əlaqədar komissiya tərəfindən lazımi tədbirlər görülüb: "Bu məsələdən irəli gələn tədbirlər dövlət hesabına görüləcək”.
 
O, əlavə edib ki, hadisə nəticəsində xəsarət alanların hər biri Səhiyyə Nazirliyinin nəzarətinə götürülüb.
 
Baş nazirin müavini deyib ki, yanğın baş verən binanın durumu ilə komissiyanın ekspertləri araşdırma aparır və iki gün ərzində nəticələr ölkə başçısına məruzə olunacaq.
 
A. Şərifov qeyd edib ki, komissiyanın qərarı ilə tezalışan fasad örtükləri olan binalarda işıqlandırma dayandırılıb.
 
"Bu cür fasad örtüyü olan binalar Bakı şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və "Azərişıq” ASC-nin nəzarətinə götürüləcək. Əgər icazəniz olarsa, bu cür binaların örtüklərinin sökülməsinə Avropa Oyunlarına qədər başlamayaq. Çünki Avropa Oyunlarına 20 gündən artıq vaxt qalıb və bu cür binalarda örtükləri bu müddət ərzində söküb yenisi ilə əvəz etmək mümkün olmayacaq”, - deyə baş nazirin müavini bildirib.
 
A. Şərifovun bu təklifinə cavab olaraq prezident İlham Əliyev bunu deyib: "Bunun Avropa Oyunları ilə heç bir əlaqəsi yoxdur. Söküb, bərpa etməmək də olar. Avropa Oyunları və başqa böyük tədbirlər bu cür faciə qarşısında heçə bərabərdir. Bu cür üzlüklərlə üzlənən binalardan dərhal nümunələr götürülməlidir. Əgər orada təhlükə varsa, oda davamlı deyilsə, dərhal sökülməlidir. Bunu maksimum 1-2 həftəyə etmək olar”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol