• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: “Binalardan tezliklə bu üzlüklər çıxarılsın”

Prezident: “Binalardan tezliklə bu üzlüklər çıxarılsın”
20.05.2015 19:06

"Əgər bütün işlər düzgün şəkildə qurulsaydı, bu hadisə baş verməzdi”

"İlkin versiya ondan ibarətdir ki, keyfiyyətsiz materiallardan istifadə olunub. Ancaq bu materiallardan neçə ildir ki, Bakıda istifadə edilir. Mənə verilən bəzi məlumatlara görə, ilkin mərhələdə istifadə olunan materiallar sanki yüksək keyfiyyətə malik idi, amma sonrakı mərhələdə artıq bu materialların tərkibində təhlükəli maddələr aşkarlanıb. Əgər belədirsə, onda bu barədə də rəsmi rəy bildirilməlidir”. 
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı deyib.
 
Dövlət başçısı bildirib ki, bütün bu məsələlər və günahsız insanların ölümündə əli olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq, cəza da çox ciddi olacaq: "Çünki günahsız insanlar həlak olub. Bir daha demək istəyirəm ki, xilasedicilər, səhiyyə işçiləri, polis əməkdaşları qəhrəmancasına çalışıb, işləyiblər. Əgər belə olmasaydı, qurbanların sayı daha da çox ola bilərdi. Ancaq insanlar həlak olub və bu, bütün xalqımızı sarsıdıb”.
 
Prezident qeyd edib ki, hazırda Bakıda oxşar üzlük materialla üzlənmiş binalar kifayət qədər çoxdur: "Bəzi məlumatlara görə, belə binaların sayı 200-dən çoxdur. Artıq dünəndən Bakı şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə göstəriş vermişəm ki, bütün buna oxşar materiallarla üzlənmiş binalarda dərhal ekspertiza keçirilsin, o materialların tərkibi dəqiq öyrənilsin. Əgər hər hansı təhlükə varsa, tezliklə bu üzlük materiallar çıxarılsın, sökülsün və beləliklə, heç bir təhlükə olmasın. Ancaq bu işlər bundan əvvəl görülməli idi. Əgər bütün işlər düzgün şəkildə qurulsaydı, bu hadisə baş verməzdi”.  
 
Dövlət başçısı ona müxtəlif məlumatlar gəldiyini və bəzi hallarda bu məlumatların ziddiyyət təşkil etdiyini də vurğulayıb: "Bu məsələdə aydınlıq olmalıdır. Azərbaycan vətəndaşları bilməlidirlər ki, günahkar, ya da günahkarlar kimdir və bu hadisəyə görə kim məsuliyyət daşıyacaq”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol