• $
  • €
  • ₽
  • ₺
  • £

Şri-Lanka mədəniyyət naziri Gənc Tamaşaçılar Teatrında - Fotolar

Şri-Lanka mədəniyyət naziri Gənc Tamaşaçılar Teatrında - Fotolar
21.05.2015 13:52

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində görüş keçirilib.

 
Forum iştirakçısı olan Şri-Lankanın mədəniyyət naziri cənab Nandimithra Ekanayake ilə baş tutan görüşdən əvvəl qonaq İçərişəhər, Müasir İncəsənət Muzeyi, Dövlət Tarix Muzeyi, Bayraq Meydanı, Bakı Kristal Zalı, Bakı Olimpiya Stadionu, Bakı Su İdman Sarayı və şəhərimizin digər görməli yerləri ilə yaxından tanış olub. Qonaq Bakıdakı qədim tarixi və müasir binalar, parklar, yeni tikililərə məftunluğunu bildirib.
 
Daha sonra Gənc Tamaşaçılar Teatrının direktoru, Respublikanın Əməkdar Artisti Mübariz Həmidovla cənab Nandimithra Ekanayake arasında baş tutan görüşdə bir sıra yaradıcılıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri, gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan bir sıra məsələlər müzakirə olunmuşdur.
 
Məlum olduğu kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 2013-cü ilin mart ayının 26-dan – 4 aprel tarixlərinədək Şri – Lankada keçirilən Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak edib. ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo şəhərində keçirilən festivalda teatr P.Züskindin "Kontrabas” tamaşası ilə təmsil olunub. Festival çərçivəsində Şri-Lankanın Battikaloa şəhərində yerləşən Şərq Universitetində keçirilmiş beynəlxalq konfransda Mübariz Həmidov "Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrı – 140” və "Azərbaycan Teatrının dünya teatrları ilə beynəlxalq əlaqələri və dünya teatr məkanına inteqrasiya” mövzularında çıxış edib.
 
Görüş zamanı nazir teatrın kollekitivini gələn il keçiriləcək Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalına dəvət edib.  
Görüşdən sonra teatrla yaxından tanış olan qonaq dahi şairimiz Nizami Gəncəvinin eyniadlı poeması əsasında hazırlanmış "Xeyir və Şər” tamaşasını izləyib.
 










www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol