• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgiləri ilə tanış oldu

İlham Əliyev Beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgiləri ilə tanış oldu
21.05.2015 13:58
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Sərgi Mərkəzində "World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq qida sənayesi və "Caspian Agro-2015” IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub.

Dövlət başçısına məlumat verildi ki, hər il keçirilən "World Food Azerbaijan” sərgisində həm ölkəmizin, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distribüterləri və təchizatçıları iştirak edirlər. Bu il sərgidə iştirak edən şirkətlərin sayı 250-dən çoxdur. Sərgidə Belarus, Bolqarıstan, Almaniya, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Koreya Respublikası, Litva, Niderland Krallığı, Polşa, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya və digər ölkələrin şirkətləri təmsil olunur. Avstraliya, Argentina, Belarus və Litva isə sərgiyə milli ekspozisiyalarla qatılıblar. Sərginin ənənəvi bölmələrində balıq, mal, qoyun, quş əti, konservləşdirilmiş süd məhsulları, baqqaliyyə və qənnadı məmulatları, soyuducu sistemlər, içkilər və bir çox digər məhsullar təqdim olunur. "World Food Azerbaijan”da çörəkbişirmə müəssisələri üçün avadanlıq və qablaşdırma ləvazimatı da nümayiş etdirilir.

"Caspian Agro 2015” sərgisi ilə tanışlıq zamanı bildirildi ki, burada Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Koreya Respublikası, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa və digər ölkələrdən kənd təsərrüfatı məhsulları və avadanlıqlarının istehsalçıları və distribüterləri iştirak edirlər. Sərgiyə Şri-Lanka və İordaniya şirkətləri ilk dəfə qatılıblar. "Caspian Agro 2015”-də Azərbaycanın kənd təsərrüfatı bazarına çıxmaq üçün ilk addımlarını atan bir çox yeni şirkət iştirak edir. Ənənəvi olaraq, Azərbaycanın regionlarından gələn sahibkar və fermerlərin ən yeni avadanlıq və texnika ilə tanış olmaları üçün "Caspian Agro” sərgisində infoturlar təşkil ediləcək. Bütövlükdə, sərgi kənd təsərrüfatı sahəsinin ən aktual istiqamətlərini əhatə edir və bir sıra yeni məhsulla tanış olmaq imkanı yaradır. Bu məhsullara quşçuluq fabriklərində, istixanalarda, suvarma sistemlərində, heyvandarlıq təsərrüfatlarında istifadə olunan avadanlıq, substratlar, heyvan və balıqlar üçün yemlər, habelə toxumlar, mineral gübrələr və s. daxildir. //report.az

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol