Bakıda daha bir yol bağlanır

Bu gecə Bakı şəhərinin Ağa Nemətulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə "Report"a Nəqliyyat Nazirliyinin "Azəryolservis” ASC-dən məlumat verilib.
Göstərilən ərazidə məhdudlaşdırma Bakıda nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətləri, piyada keçidləri və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən tətbiq edilir. Tərtib olunmuş qrafikə əsasən, Ağa Nemətulla küşəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri saat 22:00-da başlanılacaq və səhər saatlarınadək davam edəcək.
"Azəryolservis” sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələrini tövsiyə edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























