• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı bulvarında tətbiq edilən yeniliklər

Bakı bulvarında tətbiq edilən yeniliklər
21.05.2015 16:07

I Avropa Oyunları ilə əlaqədar Bakı bulvarına gələn qonaqların rahatlığını təmin etmək məqsədi ilə məkanda yeni qurğu quraşdırılıb.

 

 

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Trend-ə bildirib ki, qonaqların və turistlərin rahatlığı üçün bulvarda iki qurğu quraşdırılıb. Günəş enerjisi ilə qidalanan bu qurğular vasitəsilə insanların ən çox istifadə etdiyi 8 növ telefonların batareyalarını enerji ilə pulsuz doldurmaq mümkündür: "Gün ərzində hər kəs buraya yaxınlaşaraq, telefonunun batareyasını doldura biləcək”.

 

 

 

N.Məcidov deyib ki, I Avropa Oyunları dövründə idarənin işçiləri, o cümlədən ayrı-ayrı sahibkarlara məxsus olan obyektlər gücləndirilmiş iş rejimində çalışacaqlar: "Ehtiyac olarsa, həmin obyektlər 2, hətta 3 növbəli iş rejimində fəaliyyət göstərəcəklər".

 

 

Idarə rəsmisi deyib ki, artıq bulvar ərazisindəki bütün POS-terminalların fəaliyyəti yoxlanılıb, onların hamısı işlək vəziyyətdədir. Bulvarda "Wi-Fi" internet şəbəkəsinin genişləndirilməsi üçün də işlər aparılır: "Wi-Fi" internet şəbəkəsi bulvarın çox yerində var idi. Indi qalan yerlərdə də bu şəbəkənin qurulması üçün işlər həyata keçirilir. Çalışacağıq ki, Oyunlara qədər bulvardakı bütün obyektlərdə, idman yarışlarının keçirildiyi yerlərdə bu şəbəkə qurulsun”.

 

 

N.Məcidov deyib ki, I Avropa Oyunlarına qədər bulvarda qatarların hərəkəti üçün daha bir marşrut xətti istifadəyə veriləcək: "Hazırda bulvarda qatarlar 3 marşrut üzrə - Bakı Beynəlxalq Dəniz Vağzalından "Saat qülləsi”nə, "Saat qülləsi”ndən Dövlət Bayrağı Meydanına və İdman Sarayından "Crystal Hall"un ətrafına qədər hərəkət edir. I Avropa Oyunları vaxtı bu 3 marşrut qalmaq şərtilə daha bir marşrut xətti də istifadəyə veriləcək. Bu marştut üzrə hərəkət edən qatarlara minən şəxslər əlavə qatara minmədən bütün bulvar ərazisini görə biləcəklər".

 

 

N.Məcidov qeyd edib ki, hazırda ziyarətçilər iki gəmi vasitəsilə dənizdə gəzintiyə çıxa bilirlər: "I Avropa Oyunları ərəfəsində gəmilərin iş rejiminin daha da gücləndiriləcək. Onlar səhər daha erkən saatda işə başlayıb gecə yarıya qədər işləyəcəklər. Bulvar ərazisində çalışan işçilərin ingilis dili biliklərinin artırılması üçün də işlər görülüb. Bütün obyektlərdə az da olsa, ingilis dilini bilən işçilər var. Bulvarın mühafizə xidmətinin 32 əməkdaşı da hazırda ingilis dili kurslarına gedir”.

 

 

N.Məcidov deyib ki, I Avropa Oyunlarına qədər bulvarın ərazisinin genişləndiriləcəyi də gözlənilir: "Bu, Prezident İlham Əliyevin sərəncamında olan bir işdir. Ümid edirik ki, Oyunlara qədər bulvarın hər iki tərəfindən - həm Ağ Şəhər bulvarı, həm də Bayıl bulvarı istifadəyə veriləcək”.

 

 

Qeyd edək ki, bulvarın ərazisi 6 km-dən bir qədər artıqdır. Hazırda bulvar ərazisinin 6 km - hər iki tərəfdən 3 km genişləndirilməsi üçün işlər aparılır.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol