• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-dən BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün Mobil Media təlimi

Azercell-dən BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün Mobil Media təlimi
21.05.2015 17:25
Fəaliyyətdə olduğu müddət ərzində ölkədə peşəkar jurnalist kadrlarının inkişaf etdirilməsinə öz töhfəsini gətirmiş olan Azərbaycanın lider mobil operatoru Azercell Telekom mayın 19 və 20-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün peşə təlimi təşkil etdi. 

Təlimçi qismində Böyük Britaniyadan dəvət olunmuş beynəlxalq miqyaslı jurnalist Den Meyson iştirak edirdi. Den Meyson rəqəmsal jurnalistika və sosial media sahəsində ixtisaslaşmış mütəxəssisdi. O, Azərbaycanla yanaşı, Gürcüstan, Qətər, İsrail, Misir, Çin, Abu Dabi, İordaniya, Kipr və Avropa ölkələrində təlimlər keçib. Den Meyson 25 il ərzində Böyük Britaniyada gündəlik qəzetlərdə, jurnallarda fəaliyyət göstərib.

Azercell-in təşkil etdiyi bu dəfəki təlimdə Den Meyson iştirakçılara Google – axtarış sisteminin multimedia imkanları, sosial şəbəkələrlə iş, bloq sayt yaratmaq vərdişlərini izah edib. Təlim ərzində iştirakçılar saytların işlənib-hazırlanması veb-sayt və bloqa nəzarət, foto şəkillərin çəkilməsi, redaktə edilməsi və bir sıra yeni bilgilər əldə ediblər.

Təlimin sonunda Azercell tərəfindən tələbələrə sertifikat təqdim olunub. Xatırladaq ki, indiyə qədər jurnalistlər üçün Azercell tərəfindən çoxsaylı təlimlər keçirilib. Regional jurnalistlər üçün ilk təlim də Azercell tərəfindən təşkil olunub. Təlimlərlə yanaşı Azercell jurnalistlərin hərtərəfli inkişafı üçün müxtəllif layihələr həyata keçirir. Artıq 6 ildir ki, jurnalistlərin inkişafına kömək etmək məqsədilə onlar üçün ingilis dili kursları təşkil olunmaqdadır. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - Mediacell tarifini hazırlamışdır. Azercell Telekom hər zaman olduğu kimi Azərbaycan mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam etməkdədir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol