• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət başçısı Azərbaycana qoyulan investisiyadan danışdı - 180 milyard dollar

Dövlət başçısı Azərbaycana qoyulan investisiyadan danışdı -  180 milyard dollar
22.05.2015 21:05
"İndiki şəraitdə 11 milyard dollar xarici investisiya cəlb etmək istənilən ölkə üçün böyük uğur hesab oluna bilər"

"Son 11 il ərzində Azərbaycan iqtisadiyyatına 180 milyard dollardan artıq investisiya qoyulub. Bu, ölkədə yaradılmış sabitliyin, normal biznes mühitinin nəticəsidir”.
 
APA-nın məlumatına görə, bunu "The Business Year" jurnalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.
 
Ötən il ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya yatırıldığını deyən dövlət başçısı bildirib ki, bunun 11 milyardı xarici sərmayədir: "Bu da bir daha göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. Çünki indiki şəraitdə 11 milyard dollar xarici investisiya cəlb etmək istənilən ölkə üçün böyük uğur hesab oluna bilər.
 
Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması sahəsində məqsədyönlü tədbirlərin davam etdirildiyini bildirən İ. Əliyev biznes mühitinin inkişaf etdirilməsi sahəsində atılan addımların nüfuzlu beynəlxalq iqtisadi və maliyyə qurumlarının diqqətini cəlb etdiyini vurğulayıb.
 
Azərbaycan prezidenti qeyd edib k, ölkəmizdə makroiqtisadi vəziyyətin sabitliyi, qeyri-neft sektorunun davamlı inkişafı, böyük maliyyə potensialının mövcudluğu, həmçinin sağlam rəqabət və investisiya mühitinin təmin edilməsi həm xarici sərmayəçilərə, həm də yerli iş adamlarına əlavə nikbinlik verir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol