• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərpoçt”un yeni brend konsepsiyası

“Azərpoçt”un yeni brend konsepsiyası
24.05.2015 17:00
Hollandiyanın "Guidion” şirkəti tərəfindən "Azərpoçt” MMC-nin yeni brend konsepsiyası tətbiq edilir. Bu strategiya "Azərpoçt”un ofislərinin işinin tam yeni formada təmin edilməsini nəzərdə tutur. 


"Qafqazinfo”nun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumatına görə, Şirvanda reallaşdırılan pilot layihə çərçivəsində "Azərpoçt”un poçt şöbələrinin işi və xidmətləri yeni dizaynda, müasir avadanlığın tətbiqi ilə təşkil edilir.

Rebrendinq kampaniyası poçtun imicinin yenidən formalaşması, o cümlədən loqonun dəyişdirilməsi, xidmətlərin müştərilərə yeni formada təqdim olunması məqsədi ilə keçirilir. Ötən il şirkət tərəfindən Şirvanda bu istiqamətdə qiymətləndirmə aparılıb və filialın cari vəziyyəti müəyyən olunub. Daha sonra hesabatlar hazırlanıb. Yeni dizayna əsasən Şirvan filialı tam təmir edilib. Hazırda "Guidion” şirkəti digər işləri həyata keçirir. "Azərpoçt”un rebrendinqi üzrə işlər sentyabrda başa çatacaq.

"Guidion” şirkəti 2013-cü ilin sonunda Dünya Bankının keçirdiyi müvafiq tenderin qalibi olub. Bu tender "SECO”nun Azərbaycan hökumətinə ayırdığı qrant hesabına "Maliyyə xidmətlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol