• $
  • €
  • ₽
  • ₺
  • £

“Şou yaratmaq lazım deyildi” - Abid Şərifov

“Şou yaratmaq lazım deyildi” - Abid Şərifov
25.05.2015 12:05

"Hazırda Binəqədidəki yanğının səbəbləri araşdırılır. Bu istiqamətdə işlərimiz davam edir. Bildiyimiz kimi dövlət başçısı bununla bağlı bizə ciddi tapşırıqlar verib. Tapşırıqlar vaxtında icra edilir”. 

Bunu AzVision.az-a açıqlamasında prezident İlham Əliyevin mayın 19-da Binəqədi rayonunda baş verən yanğınla bağlı yaratdığı Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Abid Şərifov deyib.

Komissiya sədrinin sözlərinə görə, paytaxtda penoplast üzlüklü binaların söküntü və təmir işləri I Avropa Oyunlarına kimi yekunlaşacaq.

"Amma yanğın baş verən binanın təmirini Avropa Oyunlarına kimi çatdırmaq qeyri-mümkündür. Bunun üçün minimum 5 ay vaxt lazımdır”. 

Bu günlərdə jurnalistlərin yanan binada təmir işlərini aparan şirkətlə bağlı sualına verdiyi cavab qalmaqal yaradan A.Şərifov fikirlərinin şouya çevrildiyini deyib.

"Jurnalist haradan bilir ki, hansı şirkətin qabiliyyəti nədir? Azərbaycanda hansı şirkət binanı qısa müddətə bərpa edə bilər? Yəqin ki, bu göydəndüşmə deyil. Bunu məsləhətləşmişik. Mütəxəssislərlə müzakirə etmişik ki, bunu kimə tapşırmaq lazımdır. Dövlət başçısının tapşırığıdır ki, bina qısa müddətə və keyfiyyətli təmir olunmalıdır. Bu, təsadüfi şirkət ola bilməz. Ona görə də bundan şou yaratmağa ehtiyac yoxdur”. 

Qeyd edək ki, A.Şərifovdan jurnalistlərdən biri yanan binada tikinti işlərinin hansı şirkət tərəfindən aparıldığını soruşub. Komissiya sədri suala belə cavab verib: "Nə dəxli var sənə, nə üçün bilməlisən ki kimdir? Alabala! Pressaya nə dəxli var ay oğul?!". Onun bu cavabı mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol