Azərbaycan xarici işlər naziri Rusiyaya getdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfəri başlayıb.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, nazir naməlum əsgərin məzarına əklil qoyub.
Səfər çərçivəsində Elmar Məmmədyarov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçiriləcək. Daha sonra nazirlərin birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.
E. Məmmədyarovun Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin və baş nazirin müavini Dmitri Roqozinlə də görüşləri nəzərdə tutulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























