QƏFİL SUAL: Dəbdəbəli məzun buraxılışı keçirmək lazımdırmı?

Orta məktəblə əlaqədar ən yaddaqalan gün - Son zəngdir. On illik zəhmətin bəhrəsini görmək, müstəqil həyata addım atmaq, arzuların reallaşması və ən əsası həyatda tutacağın yeri müəyyən etmək üçün bu qapıdan keçmək lazımdır.
Son illər Son Zəng gününə xüsusi hazırlaşılır. Kostyumlar, donlar, məzun aksesuarları, hədiyyələr... Daha sonra isə məzun gecəsinin keçirilməsi üçün restoranlar. Müşahidələrə əsasən demək olar ki, məktəblər, hətta eyni məktəbin ayrı-ayrı məzun sinifləri arasında da daha yaxşı məzun gecəsi keçirilməsi ilə əlaqədar rəqabət aparılır. Bəs görəsən, dəbdəbəli məzun buraxılışına ehtiyac varmı?
ANN.TV-nin çəkiliş qrupunun hazırladığı video-süjet bu mövzuya həsr olunub.
Hazırladılar: Zülfiyyə Safxanova
Şahpəri Abbasova
























