• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycansız “Cənub qaz dəhlizi” olmayacaq”

“Azərbaycansız “Cənub qaz dəhlizi” olmayacaq”
26.05.2015 10:36
Azərbaycan "Cənub qaz dəhlizi” layihəsində aparıcı rol oynayır.
 
Trend-in məlumatına əsasən, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Rossiya 24” telekanalına müsahibəsində deyib.

E.Məmmədyarov bildirib ki, Azərbaycan bu layihədə ona görə aparıcı rol oynayır ki, bizim qaz olmasa, layihə də olmayacaq.

Nazir qeyd edib ki, danışıqlar zamanı ötən həftə Riqada başa çatan Aİ "Şərq tərəfdaşlığı” Proqramı Sammitinin nəticələri müzakirə edilib: "Riqa Sammitində "Şərq tərəfdaşlığı” ölkələri üç qrupa ayrılıb. Birinci qrup ölkələri – Ukrayna, Gürcüstan və Moldova - Aİ ilə qarşılıqlı əlaqələrini azad ticarət üzrə saziş də daxil olmaqla, assosiativ saziş səviyyəsində müəyyənləşdirib. İkinci qrup ölkələr – Belarus, Ermənistan – Aİ ilə münasibətlərini Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqına üzvlük çərçivəsində müəyyənləşdirib. Üçüncü qrup – Azərbaycan – Aİ ilə qarşılıqlı əlaqələrini ikitərəfli münasibətlər baxımından müəyyənləşdirib. Mən Riqada oldum və istədiyimiz strateji tərəfdaşlıqla bağlı razılıq layihəsini təqdim etdim”.

E.Məmmədyarov qeyd edib ki, 45 milyard dollar dəyərində olan layihə Avropa Komissiyasının müzakirə etdiyi ən böyük layihədir.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol