• $
  • €
  • ₽
  • ₺
  • £

​Dollar sürətlə bahalaşır

​Dollar sürətlə bahalaşır
26.05.2015 12:38
Azərbaycanda bu ilin mayın 18-də devalvasiyadan sonra məzənnəsi ən pik həddə çatan milli valyuta ABŞ dollarına qarşı yenidən zəifləməyə başlayıb. Artıq bu gün rəsmi məzənnə 1,0495 AZN/USD-yə çatıb.

"Report"un analitik qrupu qeyd edir ki, manatın zəifləməsinə səbəb dünya bazarında dolların möhkəmlənməsinin davam etməsi ilə bağlıdır. Belə ki, mayın 15-də vahid Avropa valyutasına qarşı 1,1470 USD/EUR-a qədər zəifləyən dollar yenidən möhkəmlənməyə başlayıb və artıq bu gün dünya bazarında 1,09 USD/EUR-a düşüb.

ABŞ dollarının beynəlxalq valyuta bazarında möhkəmlənməsinin əsas səbəbləri ABŞ-da makroiqtisadi göstəricilərin müsbət tendensiyasını qoruması və Avropa İttifaqının bir sıra problemləri ilə bağlıdır: "Keçən həftə açıqlanan ABŞ-da işsizlik müraciətlərinin azalması və inflyasiyanın artması, bu ölkədə iqtisadi artım tempinin yüksəlməyə başlamasının ilk siqnalları kimi qəbul edilib. Nəticədə, investorlar ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artıq sentyabrda artıra biləcəyini düşünərək dollar almağa başlayıblar".
Aİ-nin Yunanıstanla bağlı problemi isə hələ də həllini tapmayıb. Yunanıstan iyun ayının ilk günlərində Beynəlxalq Valyuta Fonduna ödəməli olduğu öhdəlikdən imtina edib. Nəticədə, avro dollara qarşı qiymətdən düşməyə başlayıb və dolların möhkəmlənməsi sürətlənib.

"Report"un analitikləri hesab edirlər ki, Yunanıstan problemi həll olunmasa, avronun ucuzlaşması və dolların möhkəmlənməsi prosesi davam edəcək. Bu da yaxın 2-3 ayda avro/dollar məzənnəsini paritetə gətirib çıxara bilər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol