• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Qaralov: "Məhkəmə-Hüquq Şurası genişmiqyaslı tədbirlər görüb”

Zakir Qaralov: "Məhkəmə-Hüquq Şurası genişmiqyaslı tədbirlər görüb”
26.05.2015 15:21
"Ötən 10 il ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisinin müasir tələblər səviyyəsində təşkili, icra intizamının möhkəmləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər mənfi halların aradan qaldırılması üzrə genişmiqyaslı tədbirlər görülüb. Həmçinin aparılmış məhkəmə-hüquq islahatları nəticəsində ölkəmizdə hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası tətbiq olunub”.

"Report”un xəbərinə görə, bunu baş prokuror Zakir Qaralov Məhkəmə-Hüquq Şurasının (MHŞ) fəaliyyətinin 10 illiyinə həsr olunan "Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

O qeyd edib ki, Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin səmərəli fəaliyyəti prokurorluq orqanlarında da öyrənilir və həmin qurumların qabaqcıl təcrübəsi nəzərə alınır: "Bu isə Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi ilə prokurorluq orqanlarının səmərəli fəaliyyəti, sıx əməkdaşlığı, qarşılıqlı təcrübə mübadiləsi nəticəsində mümkün olub. Məsələn, Hakimlərin Seçki Komitəsinin uğurlu təcrübəsindən Baş Prokurorluğun işə qəbul üzrə Müsabiqə Komissiyasında istifadə edilib”.

Zakir Qaralov deyib ki, hazırda məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da artırılması, "Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, hakimlər arasında ixtisaslaşmanın aparılması, yuvenal ədliyyənin inkişafı və digər mühüm istiqamətlərdə işlər müsbət beynəlxalq təcrübəyə əsaslanmaqla davam etməkdədir: "Yaradılmasının 10 illiyini qeyd edən Məhkəmə-Hüquq Şurası da ölkəmizin hərtərəfli tərəqqisi, müstəqil məhkəmə hakimiyyətinin inkişafı naminə fəaliyyət göstərməkdədir”.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol