Hökumət bu şairə 1,3 milyon dollar təzminat ödəyəcək

1970-ci ildə avtoritar rejimi tənqid etdiyinə görə 6 il həbs cəzası alan və ağır işgəncələr görən şairə hökumət 1,3 milyon dollar təzminat ödəmək məcburiyyətində qalıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə hökmü Cənubi Koreya məhkəməsi çıxarıb. İddianı qaldıran isə şair Kim Ji-ha olub. O, ötən əsrin 70-ci illərində bir qrup gənclə bərabər Şimali Koreya ilə əməkdaşlıqda ittiham olunub. Hətta məhkəmə onun haqqında ölüm hökm çıxarıbmış və 1974-cü ildə edam olunmalı imiş.
Lakin Kim beynəlxalq müdaxilə nəticəsində 10 ay həbs yatdıqdan sonra azadlığa buraxılıb. Azad olunduqdan sonra həbs həyatı ilə bağlı kəskin tənqidi hekayə yazdığına görə təkrar tutulub və 6 il həbs cəzası alıb.
Bugünlərdə Seul Ali Məhkəməsi yazıçı haqqında çıxarılan 6 illik həbs cəzasının yanlış olduğunu, Kim Ji-hanın nahaq yerə 6 il həbsdə yatdığını elan edib və hökuməti 1,5 milyar von (təxminən 1,36 milyon dollar) təzminat ödəməsinə dair qərar çıxarıb.
www.ann.az
























