• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspert: Xəzəryanı ölkələr Xəzərin hərbiləşdirilməsindən uzaq durmalıdır

Ekspert: Xəzəryanı ölkələr Xəzərin hərbiləşdirilməsindən uzaq durmalıdır
26.05.2015 22:52
İstənilən Xəzəryanı ölkənin Xəzər dənizində hərbi iştirakını genişləndirməsi yekunda dənizin hərbiləşdirilməsinə gətirib çıxara bilər. Xəzəryanı ölkələr bundan maksimum uzaq durmalıdır.
 
Bunu Trend-ə politoloq və hərbi ekspert Üzeyir Cəfərov İran mətbuatının yeni hərbi katerin sınaqdan uğurla çıxması barədə məlumatını şərh edərkən deyib.

İranda yeni hərbi sürətli katerin sınaqdan keçirilməsi uğurla başa çatıb. Kater 110 milədək sürət yığa bilər. Cari İran təqviminin sonunda (2016-cı il martın 20-də başa çatır) Tehran Hərbi Dəniz Qüvvələri üçün digər sürətli katerlərin inşasına başlanacaq. Bu gəmilər 80 milədək sürət yığa bilər və 100 kilometrədək hədəfi nişan ala bilən raketlərlə təchiz ediləcək.

Ekspert qeyd edib ki, İran və Rusiya Xəzərdə üstünlük əldə etmək üçün tarixən mübarizə aparıblar və hazırda da aparırlar: "İran Xəzərdə mövqeyindən geri çəkilməmək üçün kiçik sualtı qayıqlarından istifadə etməklə hərbi dəniz gücünü artırır. Tehran bu hərəkətini qaçaqmalçılıq və qanunsuz narkotik trafiki ilə mübarizəni gücləndirmək istəyi ilə izah edir, əslində isə dənizdə hərbi iştirakını artırır”.

Ü.Cəfərov hesab edir ki, Azərbaycan qonşularının belə fəaliyyətinə daha diqqətlə yanaşmalıdır: "Azərbaycan həmişə Xəzərin hərbsizləşdirilməsinin tərəfdarı olub və digər Xəzəryanı ölkələri buna çağırıb. Xəzəryanı ölkələr sözdə yox, əməldə bu çağırışları nəzərə almalıdırlar”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol