• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə: "Belə mütəmadi görüşlər bundan sonra da olacaq"

Asim Mollazadə: "Belə mütəmadi görüşlər bundan sonra da olacaq"
27.05.2015 13:25
"Rusiya regionda sabitliyin təmin olunması və münaqişənin həlli istiqamətində ilk addım kimi Ermənistana qarşı təzyiq rıçaqlarını işə sala bilər”.
 
Bu barədə Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. O, Moskva görüşünün ayrılıqda çox mühüm rol oynadığını deyib:
 
"Hər iki baş nazirin Moskvada baş tutan görüşünün Riqa sammitinə bilavasitə heç bir aidiyyəti yoxdur. Görünən odur ki, görüş ikitərəfli münasibətlərlə yanaşı, Qarabağ münaqişəsinin həlli ətrafında müzakirələrin aparılması baxımından uğurlu keçib. Hesab edirəm ki, bu görüş iki qonşu və tərəfdaş ölkə arasında bir növ ənənəvi xarakter daşıyır və çoxtərəfli məsələlərin müzakirəsi baxımından önəmlidir. Çünki Elmar Məmmədyarov Rusiyaya səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası dövlət komissiyasının həmsədri Dmitri Roqozin və Dövlət Dumasının sədri Sergey Narışkinlə də görüşlər apardı. Bu ondan xəbər verir ki, belə mütəmadi görüşlər bundan sonra da olacaq. Çünki ikitərəfli münasibətlərinin inkişafına xidmət edən belə görüşlərə ehtiyac var. Rusiya Ermənistana qarşı öz təsir imkanlarından istifadə edərək təzyiq rıçaqlarını işə salmaqla Qarabağ münaqişənin həllini tezləşdirməlidir. Çünki Cənubi Qafqazda sülh və əminamanlığın yaradılması bütün regiona müsbət təsir göstərərdi”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol