• $
  • €
  • ₽
  • ₺
  • £

I Avropa Oyunları ilə əlaqədar bu yollar bağlanır – SİYAHI

I Avropa Oyunları ilə əlaqədar bu yollar bağlanır – SİYAHI
28.05.2020 23:34
Sabah Bakıda bir neçə yol nəqliyyatın hərəkəti üçün bağlanacaq.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirib.

Məlumata görə, paytaxt ərazisində I Avropa Oyunları ilə əlaqədar növbəti təlim və sınaq tədbirlərinin keçirilməsi ilə əlaqədar sabah saat 10:30-dan etibarən tədbir tam başa çatanadək paytaxtın Neftçilər prospekti boyu hotellərdəki qonaqların Heydər Əliyev Mərkəzinə doğru hərəkətinin müşayiəti və görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar "Azneft” dairəsi, Neftçilər prospekti, "Azadlıq” meydanı, Yusif Səfərov küçəsi, "10-cu zavod” dairəsi, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi, metronun "Koroğlu” stansiyası, Milli Olimpiya Stadionuna doğru nəqliyyat vasitələrinin  istiqaməti dəyişdiriləcək.

"Azneft” dairəsindən Niyazi küçəsi, İstiqlaliyyət, Lermontov, Mehdi Hüseyn küçələri və Parlament prospektinə, eləcə də "Cavanşir” körpüsündən Üzeyir Hacıbəyov küçəsi ilə "Azadlıq” meydanı, Zərifə Əliyeva və Rəsul Rza küçələrində nəqliyyatın hərəkəti üçün bağlanacaq. 

V.Əsədov sürücülərə müraciətində bildirib ki, göstərilən yollarda nəqliyyatın hərəkət istiqaməti dəyişdiyi üçün paytaxtın cənub girişindən Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Badamdar qəsəbəsi və "20 Yanvar” dairəsi istiqamətində hərəkət etmələri, eləcə də "20-ci sahə” dairəsindən və Bayıl qəsəbəsindən isə Neftçilər prospekti istiqamətinə deyil, dağüstü yolla Badamdar qəsəbəsi və Mətbuat prospekti istiqamətinə hərəkət etmələri tövsiyə olunur.

Qeyd olunub ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhərə doğru gələnlərin hərəkəti Aeroport yolundakı körpünün üzərindən Bakı-Hövsan beton yolu ilə planlaşdırılır.

Bakının bu istiqamətdəki qəsəbələrindən isə metronun "Koroğlu” stansiyasına doğru şəhər şosesi ilə körpünün üzərindən Elşən Mehdiyev küçəsindən keçməklə Bakıxanov qəsəbədaxili yollarla və yaxud 8-ci km qəsəbəsi, Qara Qarayev prospekti ilə körpünün üzərindən keçməklə Ziya Bünyadov prospektinə doğru rahat hərəkət etməklə mümkün olacaq.

Eyni zamanda, göstərilən ərazilər üzrə əks istiqamətdə hərəkət edənlərə də sadalanan yollardan istifadə etmələri tövsiyə olunur.

Bölmə rəisi əlavə edib ki, ümumiyyətlə, Ziya Bünyadov prospekti və ona kəsişən bütün yollarda hərəkətin rahat və fasiləsizliyi tam təmin ediləcək.

Vaqif Əsədov sabah Dənizkənarı Milli Parkda keçiriləcək dövlət tədbirinə gələn qonaqlara şəxsi avtomobillərdən az istifadə etməyi tövsiyə edib

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol