• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda binaların fasadı yanğın təhlükəsi olmayan betopanla üzlənir

Bakıda binaların fasadı yanğın təhlükəsi olmayan betopanla üzlənir
28.05.2015 14:49

Bakıda üzlükləri sökülən binaların çoxu bu görkəmdə olacaq. Yanğına həssas üzlüklərin söküldüyü binaların fasadı betopan materiallarla üzlənəcək.

"Paytaxt Bakıda binaların fasadından yanğına həssas üzlüklərin sökülməsi başa çatdı. Artıq bir çox binalarda təmir-bərpa işlərinə başlanılıb. Binalarda dəmir konstruksiyalar söküldükdən sonra boya ilə boyanacaq, bəzi hissələri isə betopan deyilən materialla örtüləcək. Tərkibində beton qarışığı olan bu material yanğına qarşı davamlıdır”.
 
Binəqədi rayonunda baş verən yanğın hadisəsindən sonra paytaxtın bir çox nöqtələrində fasadların sökülməsi işləri demək olar ki, yekunlaşıb. Xətai rayonunda yerləşən 15 bina tez alışan üzlüklərdən təmizlənib. Tikinti şirkəti artıq vurulacaq yeni üzlüyü də müəyyən edib. Şirkətin nümayəndəsi Elçin Abbasov binanın fasadının yenidən qurulduğunu deyib: "Binanı yenidən təmir edirik. Bəzi yerlərə betopan materialı vuracağıq. Yanmaya davamlıdır. Avropa Oyunlarına qədər çalışacağıq işimizi bitirək. Oyunlardan sonra isə davam edəcəyik. Balkonun bəzi açıq yerləri var, ora vurulacaq. Yanmayan materialdır, o birilər kimi deyil. Betopan vurub, üzərini boyayacağıq.
 
Ustalar bildirib ki, tikinti sektorunda əsas istifadə edilən material olan betopan yanmaya, çürüməyə, suya, rütubətə davamlıdır. Keramika tərkibli bu üzlüklər vurulduqdan sonra binalar  fasad boyaları ilə boyanacaq. Usta Asif Əliyev betopanın fasadın müəyyən hissələrinə vurulacağını deyir: "Bu binanın müəyyən hissələrinə vurulacaq. Tərkibində taxta yoxdur. Qorxusuz materialdır”.
 
Bakıxanov qəsəbəsində də işlər davam etdirilir. Dəmir konstruksiyaların sökülməsi işləri başa çatdıqdan sonra binanın fasadı boyanacaq. Bu işlərə yaxın günlərdə başlanılacaq.
Təmir-bərpa işləri Səbail, Yasamal, Binəqədi rayonunda da aparılır. İşlərin qısa müddətdə başa çatması üçün prosesə xeyli sayda canlı qüvvə cəlb olunub.
 
Qeyd edək ki, betopan materialı sement tərkibli üzlük materialıdır, uzun illərdir xarici ölkələrdə, o cümlədən Türkiyədə binaların fasadının üzlənməsində istifadə olunur. Betopanın forması onun üzərində rəngləmə işi aparmağa imkan verir, rəngləmə zamanı çox zaman açıq rənglərdən istifadə olunduğundan əhali bu materialı taxta lövhələrlə qarışdırır. Betopanın əsas özəlliklərindən biri maya dəyərinin az olması və ekoloji cəhətdən təmizliyidir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol